нa русском | in english
müsabiqələr giriş  qeydiyyat
 

Teatr

Pepee adlı iteraktiv tamaşası

Reyting: 
5.00 (səslərin sayı: 1)

Bakıda Heydər Əliyev Sarayında Yeni ilin ilk günlərində "Pepee" uşaq interaktiv tamaşası göstəriləcək.

2017-ci il martın 18-19-də baş tutacaq tamaşaya biletləri evdən və ya iş yerindən ayrılmayaraq http://iticket.az/ saytında əldə etmək olar. Bu, konsertlərə və tamaşalara biletlərin Bakıda ilk dəfə tətbiq edilən ən sərfəli və rahat onlayn-alışıdır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Biletlərin sifarişi və arayışlar üçün telefon nömrəsi: (050) 354 90 54

"Pepee" hazırda rəqs və oyunlarla müşayiət olunan ən populyar türk musiqili uşaq tamaşasıdır. Tamaşa milli xarakterli mahnı və rəqslərlə boldur. Uşaqlar mahnı və rəqslərdə səhnə hərəkətinin bərabərhüquqlu iştirakçılarına çevrilərək interaktiv oyunlarda ağıl və fərasətlərini göstərirlər.

Tamaşanın artıq birinci hissəsində səhnədəki ekranda musiqi sədaları altında fotoslaydlar fırlanır. Əsas qəhrəman Pepee məşhur Şuşunı kiçikyaşlı tamaşaçılara və onların valideynlərinə təqdim edir.

O, tamaşaçıları salamlayaraq konsertə başlayır. Uşaqlarla görüşə dəvət edilmiş Sila uşaqların necə tez böyüməli olduğuna dair mahnı ilə dərhal səhnəyə çıxır. Pepe və Sila mahnının illüstrasiyası kimi uşaqlarla ilin fəsillərinə uyğun gələn 4 oyun oynayırlar. "Salla Çalkala" və "Çişimiz Tuvalete" mahnılarının sədaları altında Leliko, Pepee və Sila ilə rəqslər tamaşanın birinci hissəsini yekunlaşdırır.  

Tamaşanın ikinci hissəsi ekranda Pepee və Bebenin musiqili klipi ilə başlayır. Sanki ekranı parçalayaraq qəhrəmanlar öz balaca tamaşaçılarının gözləri qarşısında peyda olurlar. Onlar mahnılarında bizim kiçik qardaşlarımıza - heyvanlara olan sevgi, bir-birimizə olan sevgi və ən müxtəlif, lakin gündəlik həyatımızda bizi əhatə edən ən vacib məsələlər barədə nağıl söyləyirlər. Ekranda müxtəlif təsvirlər göstərilir və balaca tamaşaçılar "Aynısı - Farklısı Oyunu"nda oxşar əşyaları bir yerə toplamalıdırlar. Oyunun sonunda səhnəyə üzərlərində rəqəmlər təsvir olunmuş böyük şarlar çıxarılır. Animatorlar uşaqlarla birlikdə həmin şarlarla oynayırlar. Bebe intizar hissi haqqında "Özledim Seni" mahnısını ifa edir. Xalq oyunları və rəqslərinin mənası uşaqlara təfsilatı ilə izah edildikdən sonra onlar uşaqlarla birgə əl-ələ verib dövrə vururlar. Bununla da konsert başa çatır.

Uşaqlar üçün   H.Əliyev adına saray   bilet :  5-49 AZN
18 mart , 19 mart - 11:30, 14:30, 17:30  
Şərhlər (0) Şərh yaz
Şarhlər yoxdur.