Elan Sərgilər Dəniz və dağlar arasında
Dəniz və dağlar arasında

YAY qalereyası Sizi böyük məmnuniyyətlə iyunun 20-i “Dəniz və dağlar arasında” adlı qrup sərgisinin açılışına dəvət edir! “Dəniz və dağlar arasında” sərgisi milli, mədəni və şəxsi mənsubiyyət suallarının araşdıran iki müxtəlif Azərbaycan rəssamları nəslinin əsərlərini bir araya gətirir. “Dəniz və dağlar arasında” sərgisi müstəsna olaraq Azərbaycanın coğrafi və tarixi kontekstindən çıxış edir və həm avropalı həm də asiyalı olan, öz mədəni identikliyini ərəb, fars və rus təsirləri altında formalaşdırmış türkdilli xalq haqqında danışır. 

Gənc rəssamlar Zamir Süleymanov və Emin Əzizbəylinin həmmüəllif olduqları qısametrajlı “Astar” filmi gənc oğlanın həyatda tutduğu adi işlərdən bəhs edir. Gerçəkliyin təxəyyülə qarışdığı bu film quraşdırma mühit konseptini, eləcə də şəxsiyyətin kimliyinə bu mühitin necə təsir göstərməsini araşdırır.

Nadir Eminov "Bəhram Gur və "Əjdaha" instalyasiyasında Bakıda son illər ərzində aparılan rekonstruksiya və yenidənqurma işlərinə münasibət bildirir. Rəssamın fikrincə ictimai əraziləri üzlük daşları ilə yerli-yersiz örtmək tendensiyası kitç mədəniyyətindən başqa bir şey deyil.

Zamir Süleymanovun “Dağlar! Dağlar!” adlı 7 ekranlı videosu Naxçıvanın yeddi müxtəlif dağ zirvəsi fonunda telefonla danışan kostyumlu kişiləri təsvir edir. Videoda iki müxtəlif - sosial və mifoloji baxış nöqtəsi yozulur. Rəssam birincisində “xüsusi əhəmiyyətli insan” fiqurunu yaradırsa, mifoloji yanaşmada 7 rəqəminin müqəddəs olmasını və əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Naxçıvan dağlarında, petroqlifləri ilə məşhur olan Gəmiqaya adlı yerdə lövbər salmasına işarə vurur.

Fərhad Fərzəliyev “Gələ, sənə iki şirvan! Qoy cibivə” əsərində Sovet İttifaqı dönəmində hər kəs üçün əlçatan olan parçanın üzərinə uşaqlıqda eşitdiklərimiz sözləri kiril əlifbası ilə həkk edir. Bununla rəssam son 80 il ərzində Azərbaycan əlifbasının rəsmən üç dəfə dəyişdiriməsini vurğulayır.

Aida Mahmudovanın “Adsız” tablosu seyrçini nostalji duyğularının qanadlarında melanxolik mənzərəyə uçurur. Əsər dünya xəritəsində Azərbaycanın hal-hazırkı mövqeyinin təcəssümüdür.

Parisdə yaşayan Azərbaycanlı rəssam Babi Bədəlov söz birləşmələrindən yaratdığı əsərlərində mənşə və irs, o cümlədən regionun ideologiyasının formalaşmasında əhəmiyyətli rol oynamış dəyərlər mövzularını əhatə edir. 

Fərid Rəsulov “Memarlıq dixotomiyası” silsiləsində olan “Adsız” heykəlində iki iri beton blok arasına incə şəbəkəni yerləşdirib. Şəbəkənin Azərbaycanı simvolizə elementi kimi qələmə verərək, rəssam ölkənin regionda tutduğu geosiyasi mövqeyini göstərir.

Elturan Məmmədov “Adsız yüksəkliklər” adlı instalyasiyası Azərbaycanın mürəkkəb geosiyasi reallıqlarına münasibət qismində çıxış edir. Məşhur Google Maps proqramını istifadə edərək, Dağlıq Qarabağ zonasında işğal altında olan və daim atəşə məruz qalan adsız yüksəkliklər və onların ətraflarında olan yaşayış məntəqələrinin yaşayışı problemlərinə toxunur.

Tahir Salahovun “Novxanı ziyarətgahı” tablosu xalqın irsi identikliyi mövzusuna toxunur. Azərbaycanın hər bir hissəsində rast gəlinən, lakin İslam dininə zidd olan ziyarətgahların mövculduğu faktı paradoksal haldır. Lakin bu insanların onlara olan inamını azaltmır...

Məmmədhüseyn Hüseynovun “Xınalıq” adlı əsəri Azərbaycanın şimalında Böyük Qafqaz dağlarının yüksəkliklərində yerləşən eyniadlı kəndin mənzərəsini təsvir etməklə yanaşı, fərqli dili və adət - ənənələri, unikal memarlıği və mədəniyyəti olan etnik qrupun mövculduğuna diqqəti cəlb edir.

Sərginin kuratorları Björn Geldhof və Fərəh Ələkbərlidir.
Açılış: 20 iyun, saat 19:00
YAY qalereyası, İçərişəhər, Kiçik Qala küçəsi, 5
Giriş sərbəstdir!




20 Июня - 29 Сентября
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.