Elan Sərgilər Gülxan Bəydəmirin fərdi sərgisi
Gülxan Bəydəmirin fərdi sərgisi

Dekabırın 5-i Bakı İncəsənət Mərkəzində Gülxan Bəydəmirin fərdi Xətt sərgisinin açılışı baş tutacaq. Qeyd edək ki , rəssam 1970-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə qəbul olmuş, 1971-1973 illərdə hərbi xidmətdə olarkən Rusiyanın Xabarovsk vilayətində (Xabarovski şəhərində) ilk sulu boya (fərdi) sərgisini açmış (1972), elə həmin il orada Xabarovski vilayət rəssamlarının rəsm sərgi və yarışmasında iştirak edərək bir akvaril mənzərəsi ilə ikinci yeri qazanmışdır.
1976-cı ildə Rəssamlıq Məktəbini bitirdikdən sonra sərbəst rəsm çalışmaları ilə bir çox sərgilərdə iştirak etmiş, eyni zamanda Azərbaycanda unudulmaqda olan daş üzərində oyma sənəti ilə məşğul olmuş və bu sahədə ustalar yetişdirmişdir. Lakin onu ən çox maraqlandıran daşların üzərindəki XƏTT yazı sənəti, yəni yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən XƏTTATLIQ sənəti olmuşdur. Bu sənətə olan maraq onda bu işin incəliklərini daha da dərindən öyrənmək həvəsi yaratdı.
Hazırkı sərgi Bakıda açılacaq ikinci fərdi XƏTT sərgisidir. Bir çox əsərləri Azərbaycan, Türkiyə, Almanya, Hollandya, Avstriya, Koreya və Fransa kolleksiyaçıları tərəfindən alınmışdır.




Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.