Bakı Piknik Festivalı
27-28 iyul tarixlərində saat 18:00-da ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, "Tamiz Shahar" JSC, Coca-Cola, sailingaze, sevimlibala və amapola_exclusive_events birgə təşkilatçılığı ilə "Bakı Piknik Festivalı" keçiriləcəkdir.
Piknik saat 18:30 – 21:00-a qədər davam edəcəkdir.
Məkan : Böyük Şor Gölü Parkı- Bulvarı - Atletlər kəndin arxası
Piknik iştirakçıların lazimi ləvazimatları:
1. Piknik zənbili ;
2. Qida məhsulları və alkoqolsuz içkilər ;
3. Plastik qablar, çəngəl və stəkan ;
4. Günəşdən qorunmaq üçün çətir və eynək gətirməyiniz məsləhətdir ;
5. Piknik üçün süfrə ;
6. Tullantıların yığılması üçün paketlər ; * @cocacola tərəfindən ASAN Könüllüləri üçün içki pulsuz olacaqdır. *Həmçinin uşaqlarınız üçün @sevimlibala tərəfindən əyləncəli güşə yaradılacaqdır. * Bakı Piknik Festivalında Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən :
· “Optimist” və “Laser” sinifləri üzrə yelkənli qayıqlar nümayiş olunacaq.
· yelkənli idman növü, o cümlədən yelkənli qayıqların necə idarə edilməsi barədə məlumatlar veriləcək uşaqlara dəniz düyünlərinin müxtəlif növləri nümayiş olunacaq.
· dəniz düyünlərini bağlaya bilən uşaqlara həvəsləndirici kiçik hədiyyələr təqdim olunacaq.
· Windsurf idman növü və board-ların və yelkənlərin açılması və quraşdırılması barədə məlumatlar veriləcək.
· hava şəraitindən asılı olaraq həm quruda, həmçinin göldə təlimlərin necə aparılması nümayiş olunacaq. * Azerbaijan Cycling Federation / AzVİF tərəfindən velosipedlərə xüsüsi endirmlər olacaqdır. * @lazzmaster tərəfindən əyləncəli müsabiqələrin qalibləri dondurma paketləri ilə təmin olunacaqlar.
Qeyd: Piknikə yarım saat əvvəlcədən gəlməyiniz xahiş olunur.
Ətraflı məlumat üçün: (+994) 12 4447444 (+994) 70 408 0 108