Kinorejissorluq üzrə birgünlük ustad dərsi
Əgər film çəkmək arzusundasınızsa, onda YARAT-ın təşkil etdiyi intensiv yay kursuna qatılın. Siz 3 saat ərzində ssenari yazmaq əsaslarını, kamera ilə işləmək və montaj qaydaların öyrənəcəksiniz. Həmçinin hər iştirakçı bir hekayə hazırlayaraq onu qısa filmə çevirmək imkanı qazanacaq.
Bu səyahətdə – "çiy" ideyadan dolğun bir qısametrajlı filmə qədər sizi peşəkar kinematoqrafçılar Cavid Zahidov və Rafiq Hacıyev müşayiət edəcəklər.
Yaş məhdudiyyəti: 10-15 yaş
Müəllimlər haqqında:
Cavid Zahidov – London Kino Məktəbinin məzunu
Rafiq Hacıyev – 10 ildən çox təcrübəsi olan səs rejissoru və operator
14 avqust
16:00 – 19:00
Ustad dərsində iştirak etmək üçün qeydiyyatdan keçin: 0502469292
Yerlərin sayı məhduddur (12 nəfərə qədər)