Özünü YARAT: Nəsrin Dadaşova
Sizi "Özünü YARAT" layihəsinin növbəti tədbirinə dəvət edirik. Beləliklə, avqustun 29-u qonağımız "Nasaliani" brendinin təsisçisi – Nəsrin Dadaşova olacaqdır.
Nəsrin Dadaşova Dəmiryolu Məktəbini bitirərək Qərb Universitetinin Regionşünaslıq fakültəsinə qəbul olunub. Həmin fakültənin 2-ci kursundan öz istəyi ilə xaric olaraq yeni ali təhsil almaq qərarına gəlir və 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qrafik Dizayn fakültəsinə qəbul olunur və 2016-cı ildə oranı müvəffəqiyyətlə başa vurur. 2014-cü ildə BEAT Group şirkətində fotoqraf-dizayner kimi fəaliyyətə başlayaraq elə həmin illərdə də "Nasaliani" brendinin əsasını qoymuşdur.
Tarix: 29 avqust, 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Qeydiyyat üçün: 0502469292