Özünü YARAT: Zeynəb Cahan
YARAT Sizi "Özünü YARAT" proqramının növbəti tədbirinə dəvət edir. Bu dəfə qonağımız YARAT Friends platformasının üzvü və bir sıra mədəniyyət üzrə layihələrin müəllifi Zeynəb Cahan olacaqdır.
Zeynəb Parisdə Sorbonna Universitetin hüquq fakültəsini bitirmişdir. Lakin hal-hazırda, treninqlər və kurslarda əldə etdiyi biliklər üzrə çalışır. Zeynəb Cahan İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsində işləyir, Bakıda və beynəlxalq arenada qədim İçərişəhərin mədəni irsini təbliğ edir. Həmçinin o, "Kitab rəfi" layihəsini kuratorudur və müxtəlif onlayn portallar üçün məqalələr yazır. Zeynəb 6 illik hüquqşünaslıq təhsilindən sonra risk edərək, əvvəllər hobbisi olan sevimli fəaliyyəti istiqamətinə nəyə görə və necə keçməyindən bəhs edəcək.
"Hələ də inkişaf prosesindəyəm və daha da irəli getməyə arzusundayam" – Zeynəb özü haqqında qeyd edir.
3 oktyabr, 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir