Aleksandr Dzübanın peşəkar aktyor təlimi
Əgər daxilinizdə həyat eşqi varsa, deməli, yaradıcılıq ehtirası da var. DZUBING – psixofiziki hərəkətlər metodu ilə yaradıcılıq potensialınızı açmağa, inkişaf etdirməyə və reallaşdırmağa yönəlib. Heç kim, hətta siz özünüz belə, DZUBING-in sizdə nələri aşkara çıxaraçığınızı bilmirsiniz. Amma, təliminin müəllifi Aleksandr Dzüba, sizə hərtərəfli düşünülmüş, çevik tapşırıqlar sistemini təqdim edir. Bu tapşırıqlar sizə özünüzlə üz-üzə görüşməyə imkan verir, daha sonra, sizi öz “sərhədlərinizdən” kənara çıxaracaq və ən nəhayət, sizi büsbütün dəyişəcək. Müəllifə öz təlimini düşünüb tapmaq, ölçüb-biçmək, hesablamaq və həyata keçirmək üçün iyirmi ildən çox vaxt lazım olub. Peşəkar aktyor üsulları və texnikaları sizin üçün yeni, bəzənsə gözlənilməz rollara alışmağa imkan verəcək.
Aleksandr Dzüba – teatr və kino aktyoru, rejissor, ssenarist, musiqiçi, pedaqoq, Peşəkar Aktyor Təlimi məktəbinin təsisçisidir
İştirak üçün ilkin qeydiyyat tələb olunur (0552050545)
İştirakçıların maksimal sayı: 25
Yaş məhdudiyyəti: 17+
6 noyabr, saat 10:00 – 17:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (çoxtəyinatlı zal, 2-ci mərtəbə)