"Klounada sənəti" Kris Linamın ustad dərsi
"Klounada sənəti" Kris Linamın ustad dərsi.
Bu ustad dərsi həm yeni başlayanlar, həm də peşəkarlar üçün nəzərdə tutulub. Əsas məqsəd: müasir klounadanın ən qrotesk, faciəli və cəzbedici aspektlərini tədqiq etməyə cəlb edən yaradıcılıq atmosferi yaratmaq. Bunun üçün Kris növbəti "inqrediyentlər"dən istifadə edəcək: improvizasiya, hərəkət, rəqs, akrobatika, mimikriya, klounada, şəxsiyyətlə iş, qrup dinamikasının idarə edilməsi.
Kris Linam – Zimbabvedə böyüyüb-başa çatmış, tanınmış britaniyalı komikdir. Kris, kloun kimi 43 il bundan əvvəl şəhər küçələrində çıxış etməyə başlayıb. O, bütün dünyada "planetin ən təhlükəli gülməli adamı" kimi tanınır. O, Vyaçeslav Poluninin "Qar şousu" tamaşasında "Yaşıl" obrazı ilə bir çox tamaşaçıların yaddaşında qalıb.
İştirakçılar üçün tələblər: rəqslər üçün rahat geyimdə və ayaqqabıda gəlmək, yaxud ayaqyalın işləməyə hazır olmaq.
Ustad dərsi İngilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək
Qeydiyyat üçün: 0552050545
10 noyabr, saat 11:00 – 16:00
Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (2-ci mərtəbə)