YARAT Freestyle "Şəhər bir orqanizm kimi" memarlıq mühazirəsi
Dostlar,
YARAT Müasir İncəsənət Mərkəzində "Şəhər bir orqanizm kimi" mövzusunda memarlıq mühazirəsi keçiriləcək. Tədbirdə DRA&U-nın baş memarı və təsisçisi Corcio Pini və həmin şirkətin baş direktoru və yeni texnologiyaların inkişafı üzrə direktoru Conatan Arbibin çıxışları baş tutacaq.
Rem Kolhas (məşhur Niderland memarı): "Şəhərlər dəyişir və bu prosesin dayandırılması mümkün deyil, çünki şəhər bir orqanizm kimi fəaliyyət göstərir və zaman keçdikcə, o, qaçılmaz olaraq dəyişir". Bu ssenari üzrə, şəhərsalma və müasir cəmiyyət arasında yaranan kommunikasiya problemlərinin vaxtlı-vaxtında, lakin çətin həllində, memarlığın mühüm rolunu dərk eləmək lazımdır.
DRA&U haqqında
DRA&U şirkətinin fəlsəfəsi – həyatda güc və rahatlıq təmin edən, təşkilatın konsepsiyasına uyğun gözəlliyin təşviqidir. Hazırda DRA&U Avropa, Şimali Afrika, Asiya və Cənubi Amerikanı əhatə edən bir çox ölkədə fəaliyyət göstərir.
Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək
4 Dekabr, saat 19:00
YARAT Mərkəzi
Giriş sərbəstdir