YARAT Film Klub: Kon-Tiki

  • 05.01.2019
  • 4819

  • Şəhər

"Kon-Tiki" (Norveç, 2012)
Rejissorlar: Xoakim Ronning, Aspen Sandberg
Ssenari müəllifləri: Petter Skavlan, Allan Skott
Rollarda: Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard, Odd Magnus Villiamson
Filmin müddəti: 120 dəq.

YARAT Film Klub Norveç Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi  ilə "Kon-Tiki" filmini təqdim edir.

"Okeanın ortasında həqiqət axtarışında", bu şüar altında 2012-ci ildə tanınmış rejissorlar Xoakim Ronning və Espen Sandberg tərəfindən çəkilmiş "Kon-Tiki" filmi tamaşaçılara təqdim edildi.
"Kon-Tiki" – real hadisələrə əsaslanan tarixi bir macəra filmidir. Film, məşhur Norveç səyyahı Tur Heyerdala həsr olunub. Onun ekspedisiyası tarixdə əsl şücaət kimi yadda qaldı. 1947-ci ildə Sakit okean suları üzərində edilən bu səfər ona dünya şöhrətini gətirdi. Və bunun üçün yalnız 9 balsa ağacından hazırlanan “Kon-Tiki” adlı kiçik bir sal istifadə etdi. Sal, inklərin günəş tanrısının, Virakoçanın şərəfinə adlandırılıb, "Kon-Tiki" isə bu tanrının köhnə adıdır...
Film, ideyanın yaranması, səfər ərəfəsində hazırlıq işləri və səyahət zamanı baş verən hadisələr barədə bəhs edir. Tur Heyerdal 5 nəfərlik heyətlə birlikdə Sakit okeanı keçərək, Cənubi amerikalıların Kolumb dövründən də əvvəl okeanı keçə biləcəyini və Polineziya adalarında məskunlaşdıqlarını sübut etdi.
Bu səfərdə qəhrəmanlar müxtəlif təhlükələrlə üzləşir: böyük balinalar, qaniçən köpəkbalıqları, göy gurultulu fırtınalarla mübarizə - bu, hələ qarşılaşdıqları hadisələrin hamısı deyil...

Film ingilis dilində rus subtitrları ilə nümayiş olunacaq

"Kon-Tiki" (Norveç, 2012)
Rejissorlar: Xoakim Ronning, Aspen Sandberg
Ssenari müəllifləri: Petter Skavlan, Allan Skott
Rollarda: Paul Sverre Valheim Hagen, Anders Baasmo Kristiansen, Tobias Zantelman, Gustaf Skarsgard, Odd Magnus Villiamson
Filmin müddəti: 120 dəq.

8 Yanvar, 19:00
Giriş sərbəstdir



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.