YARAT Film Klub: "Bu sevgidir"

  • 03.03.2019
  • 4552

  • Şəhər

"Bu sevgidir" (Azərbaycan, 2017)
Ssenari müəllifi və rejissor: Teymur Daimi

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.
Sevgi və ölüm – filmin əsas mövzularıdır. Anasının son günlərini kameraya çəkərkən filmin müəllifi və rejissoru bu çəkilişlərin yeni filmin əsası olacağını düşünmürdü. O, anasının həyatının son günlərini, saatlarını, dəqiqələrini lentə aldı...Yarım saatlıq sənədli film 65 illik ailə cütlüyün böyük məhəbbətindən bəhs edir. Onların münasibəti XX əsrin ortalarından bu günlərə qədər dəyişən Bakının fonunda yaşanır. Ekran əsəri qısametrajlı sənədli filmi olsa da, mövzunun incə və həssas açıqlanması, fərdi müəllif ifadəsini vurğulayan çoxşaxəli rejissor fəndləri bu əsəri bədii filmə çevirir.

"Bu sevgidir" filmi bir sıra nüfuzlu beynəlxalq kino forumlarında iştirak edib, o cümlədən: DO PÃO International Documentary Film Festival, Barcelona Planet Film Festival, Roma Cinema DOC, AltFF Alternative Film Festival. Film XIII Kazan Beynəlxalq Müsəlman Film Festivalı (2017) "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub və Eurasia International Monthly Film Festivalında 2017-ci il may ayının "Ən yaxşı sənədli filmi" mükafatına layiq görülüb. 2018-ci ildə 2 "Qızıl Pəri" mükafatını (kino tənqidçilərin xüsusi mükafatı və Azərbaycan Kino Akademiyasının mükafatı) qazanıb.

5 mart, saat 19:00
Giriş sərbəstdir



Şəhər
Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

18 may-Beynəlxalq Muzeylər Günü

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

YARAT Film Klub: Mələyin öpüşü

YARAT Müasir İncəsənət Mərkəzi sizi «Mələyin öpüşü» tammetrajlı bədii filmin nümayişinə dəvət edir.

Mühazirə "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi"

YARAT Akademiyasının növbəti məruzəçisi kurator, yazıçı və müəllim Misal Adnan Yıldız olacaq. Mühazirənin mövzusu: "Səma ekran kimi: sərgilərin və auditoriyanın yenidən nəzərdən keçirilməsi".

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.