"Çox qəribə işlər" çoxserialı filminin ikinci mövsümünün tizeri
2016-cı ilin iyul ayında Netflix şirkəti "Çox qəribə işlər" (Stranger Things) çoxserialı filminin ilk mövsümünü təqdim etdi. Bir həftə ərzində o, kifayət sayda fanat bazası qazandı.
Səkkiz bölüm ərzində 12 yaşlı Uill Bayersin axtarışlarını, fərqli ölçülü anlaşılmaz varlıq telekinezin köməyilə insanları məhv edən On birin macəralarını və s. izlədik. Budur Netflix, nəhayətki, bizlərə tizer-treylerini göstərmək qərarına gəldi.
İndi siz yenidən Uill və onun dostları -Şerif Cimi, səmada nəhəng qulyabanini, Houkins şəhərinin ətrafını və bir çox başqa maraqlı səhnələr görəcəksiniz. Ən əsası isə - Stranger Things saundtrekini növbəti dəfə dinləmək şansınız olacaq. İkinci mövsümün bütün bölümləri 2017-ci il Hellouin ərəfəsində gözlənilir (əgər hələ görməmisinizsə, ilk səkkiz epizodu izləyin).