“Həm ziyarət, həm ticarət” Bakı Bazarları

  • 08.05.2023
  • 16468

  • Mədəniyyət

Eviniz üçün axtardığınız şeylərin çoxunu Bakı bazarlarında tapa bilərsiniz. Almaq istədiyiniz məhsulların siyahısını tərtib etdikdən sonra bazarlara gəlib buradan onları almaq çətin olmayacaq. Amma nəzərə alın ki, Bakı bazarlarında çeşid o qədər zəngindir ki, siyahınıza başqa məhsullar da əlavə olunacaq və bəzən əvvəlcədən hazırladığınız siyahını unudacaqsınız.

Şərq Bazarı

Şərq Bazarının rəsmi açılışı 1982-ci ildə baş tutub. 2020-ci ildə kompleksdə bərpa işlərinə start verilib və 2022-ci ilin iyunun 6-ı yenidənqurma proseslərindən sonra yenidən istifadəyə verilib.

Bazarın birinci mərtəbəsində əsasən brilyant və qızıl satılır, ikinci mərtəbədə isə 2 Coffee Shop (Art Coffee Shop və MM Qənnadı) və 5 mağaza (EvEra, İpək Yolu, Crazzy Gifts, Xurcun və Butalı) yerləşir. Coffee Shop-ların menyusuna dessertlər, səhər yeməyi, isti və soyuq içkilər və s. daxildir.

EvEra dükanında əsasən məişət əşyaları satılır. Yanında İpək Yolu dükanı var. Qədim dövrlərdən günümüzə gəlib çıxan kəlağayı sənətini “İpək Yolu” brendi uğurla davam etdirir. Təbii ipəyin üzərində təbii rənglərlə hazırlanan bu kəlağayıların hər bir naxışı, ruhunuzu oxşamaq üçün məxsusi olaraq əllə çəkilir. İpək Yolu dükanına gəlib bu əl işlərinə baxa bilərsiniz, əgər bəyənsəniz ala da bilərsiniz. “Crazzy gifts” dükanının adından da göründüyü kimi, qiymətli hədiyyələr axtaranlar axtardıqlarını burada tapa bilərlər. Burada müxtəlif əl işləri və brend ətirlər satılır. “Crazzy gifts” dükanından çıxdıqdan sonra Xurcun dükanında xurcun boxlar, xurma və meyvələr alıb yeyə bilərsiniz. Butalı dükanında isə kəlağayı, şərf, gümüş əşyalar, səməni halvası, pul kisəsi, çanta və brelok satılır.

Əlavə olaraq, Şərq Bazarı turistik yer hesab olunur və burada sərgilər baş tutur. Əvvəllər Şərq Bazarında müxtəlif növ əl işləri üzrə masterklasslar da keçirilib.

Ünvan: Xətai prospekti 15
İş saatları: hər gün 10:00-dan 22:00-a qədər


Yaşıl Bazar

Yaşıl Bazar Bakının ən çeşidli bazarlarından biridir. Bazarın girişində “Xəzərin balıq məhsulları” adlı dükan var. Adından bəlli olduğu kimi bu dükanda Xəzər dənizində olan balıq növləri satılır. Onun yanında “Güllər” dükanı yerləşir. Yaşıl Bazarda ekzotik və quru meyvələr, ət məhsulları, pendir, Azərbaycan çayı, plastik qablar da satılır. Azərbaycan rayonlarının məhsullarından ləzzət alanlar buraya gəlib Ordubad quru meyvələrini, bio Zirə məhsullarını, Şəmkir çiyələyini və digər rayon məhsullarını əldə edə bilərlər.

Qeyd edək ki, Yaşıl Bazarının qarşısında parkovka yeri də var, odur ki, şəxsi avtomobiliniz varsa, onda buraya ailənizlə gəlib alış-veriş etdikdən sonra evinizə rahat qayıda bilərsiniz.

Ünvan: Şah İsmayıl Xətai prospekti, 7
İş saatları: hər gün 08:00-dan 21:00-a qədər

Binə Ticarət Mərkəzi

Binə Ticarət Mərkəzi hər gün səhər saatlarından axşam saatlarına kimi açıq olur. 2015-ci ildə İtaliyanın uşaq oyuncaqları istehsal edən dünyaca məşhur “Bartolucci” kompaniyası ilə razılıq əldə edilmiş və həmin firmanın məhsulları ölkəmizə gətirilmişdir. Burada paltarlarla yanaşı, müxtəlif məişət əşyaları da tapa bilərsiniz.

Ünvan: Lökbatan
İş saatları: hər gün 08:00-dan 17:00-a kimi


8-ci km Bazarı

Bakının ən sərfəli bazarlarından biri 8-ci km Bazarıdır. Bu bazar “Vasmoy” kimi də tanınır. 8-ci km Bazarında tərəvəz və meyvələrlə yanaşı, məişət əşyaları da satılır. Bakı sakinləri buraya bayram bazarlığı etmək üçün də gəlirlər. Bakıda insanların paltar almaq üçün ən çox getdiyi yerlərdən biri də həmişə 8-ci km Bazarı olub. Bütün bunlarla yanaşı, axtardığınız digər şeylərin çoxunu Vasmoy Bazarında tapa bilərsiniz.

Ünvan: Cəmşid Naxçıvanski küçəsi
İş saatları: hər gün 08:00-dan 19:00-a kimi

Meyvəli Bazarı

Meyvəli Bazarı Qaradağ rayonu Lökbatan-Xocasən ərazisində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında yerləşən meyvə və tərəvəzlərin topdan və pərakəndə satış bazarı və bazasıdır. 2008-ci ildə yerli fermerlərin kənd təsərrüfatı məhsullarının yerli bazara keyfiyyətli və rahat çatdırılmasını təmin etmək üçün bir qrup iş adamı tərəfindən təsis edilib.

Ünvan: Bakı Dairəvi Yolu
İş saatları: 7/24

Sədərək Ticarət Mərkəzi
Sədərək Ticarət Mərkəzi Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biridir. Sədərək Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyət göstərib və daha sonra 2009-cu ilin aprelində Lökbatan qəsəbəsinə köçürülüb. Azərbaycan və qonşu Gürcüstan və Rusiya üçün əsas topdansatış mərkəzinə çevrilib.

Ticarət Mərkəzi 6 hissəyə bölünür: Elit körpüsü, Xalça Bazarı, Tikinti Bazarı, I Ərazi, II Ərazi və III Ərazi. Üstəlik, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən 10 yük terminalı Çin, Türkiyə, İran, Gürcüstan, Rusiya kimi ölkələrdən yükləri operativ və təhlükəsiz şəkildə qəbul edir.

Ünvan: Bakı-Qazax avtomobil yolu
İş saatları: hər gün 08:00-dan 18:00-a kimi

Keşlə Bazarı

Keşlə Bazarı Bakının ən böyük bazarlarından biridir. Bazar gözəl atmosferi və geniş çeşidli malları ilə tanınır. Keşlə bazarında siz meyvə-tərəvəz, ədviyyatlar, balıq və s. tapa bilərsiniz. Bayramlara hazırlaşarkən, Keşlə bazarına gəlib burada bayram üçün sizə lazım olan şeyləri ala bilərsiniz.

Ünvan: Əliyar Əliyev küçəsi, 36
İş saatları: hər gün 06:00-dan 22:00-a qədər



Mədəniyyət
5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Avropa Azərbaycan Məktəbi "Medeya" faciəsini səhnəyə qoyub

12 May tarixində Avropa Azərbaycan Məktəbinin səhnəsində Evripidin yazdığı antik yunan faciəsi “Medeya” oynanılıb. Tamaşa 9-cu sinif şagirdləri tərəfindən ingiliscə ifa edilib. Əsas rollarda Amina Hacıyev (Medeya), İlkin Bayramov (Yason), Ramiz Əhmədzadə (Kreont), Fuad Tağıyev (Egey), Fainə Cəfərova, Nuray Həsənova, Nərgiz Quliyeva (dayələr), Bəxtiyar Sadıqov (tyutor), Ayan Əliyeva (carçı), Əminə İsmayılova və Riyad İsmayılov (xor rəhbərləri), Ellada Cəfərzadə və Nərgiz Əliyeva (uşaqlar) olub. Kütləvi səhnələrdə digər şagirdlər xoru təşkil ediblər. 

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.