Bakıda gürcü mətbəxini dada biləcəyiniz məkanlar

  • 29.05.2023
  • 23990

  • Yemək

Gürcü mətbəxi özünəməxsus dadı və müxtəlif yeməkləri ilə tanınır. Bəs siz hələ də bu zəngin mətbəxin yeməklərinin dadına baxmamısınız? Onda bilin ki, gürcü təamları ilə fərqli dadlar sınamaq istəyənlər üçün Bakıda gürcü restoranları mövcuddur. Bu restoranlarda nəinki təamlardan, həmçinin məkanların interyerindən zövq ala biləcəksiniz.

Bukhari

Bukhari sizi müxtəlif ləzzətli yeməklərin və içkilərin hökm sürduyü gürcü mətbəxi dunyasına unudulmaz səyahətə dəvət edən gürcü restoranıdır. Zərif interyerə malik olan restoranın hər guşəsi incə bir zövqlə işlənmişdir. Burada keçirəcəyiniz hər dəqiqə həyatınızda unudulmaz an olaraq qalacaqdır.

Bukhari restoranının menyusuna gürcü salatı tbilisuri, ənənəvi gürcü yeməyi kuçmaçi, xarço şorbası, gürcü pendiri suluquni, müxtəlif növ souslar, xəmir yeməkləri (xinkali, elarci, lobyani, qvezeli) və gürcü mətbəxinin digər dadlı təamları daxildir. Bundan əlavə, burada xüsusi olaraq “Bukhari” salatı da hazırlanır. Təamlardan əlavə, Bukhari restoranının interyerindən də zövq alacaqsınız.

Əlaqə nömrəsi: (+994) 55 218 06 56
Ünvan: Abdulla Şaiq 214

Mziuri

Gürcü mətbəxinin ən gözəl təamlarını dadmaq istəyənlər üçün Mziuri restoranı ən doğru seçimlərdən biridir. Buranın ab-havası sizə dostlarla əsl istirahət həzzini yaşadacaq. Gözəl məkan, dadlı yeməklər, yüksək keyfiyyətli xidmət - Mziuri restoranında gözəl vaxt keçirmək istəyənlər üçün lazım olan hər şey var. Həftənin günündən asılı olmayaraq, restoran qonaqlarını hər gün sevindirməyə və əyləndirməyə hazırdır. Restoranın təamları ürəyinizi fəth edəcək və həyatınıza yeni xoş hisslər gətirəcək. Vacib tədbiriniz varsa, onda bilin ki, burada yaddaqalan banketləri də təşkil edə bilərsiniz.

Əlaqə nömrəsi: (+994) 51 411 19 00
Ünvan: Həsən bəy Zərdabi küç.593/72

Marani

Marani – Bakıda yerləşən isti və rahat atmosferə malik olan gürcü restoranıdır. Buranın atmosferi yaxın insanları bir araya toplayır və onlara xoş məkanda rahat vaxt keçirmək imkanı yaradır. Marani restoranı gürcü şorbaları (xarço, lobio, çakapuli və s.), gürcü salatı, tbilisuri, tabaduri və gürcü mətbəxinin digər dadlı təamlarını qonaqlara təklif edir. Bundan əlavə, burada gürcü limonadların da dadına baxa bilərsiniz. Qeyd etmək lazımdır ki, bu limonadların dadı tamam fərqli olur. Odur ki, dostlarınızla fərqli təamların dadına baxmaq üçün Marani restoranının masalarını rezerv etməyə tələsin.

Əlaqə nömrəsi: (+994) 55 979 39 10
Ünvan: Üzeyir Hacıbəyov küçəsi, 26

Rustaveli

Rustaveli – Bakıda ən yaxşı gürcü restoranlarından biridir. Belə ki, burada gürcü mətbəxinin yeməkləri ilə yanaşı, cinema və karaoke otaqları da var. Rustaveli restoranında ləziz və doyumlu setlər təqdim olunur və onlardan biri gürcü setidir. Setə gürcü mətbəxinin ən ləziz təamlarından olan gürcü xəngəli, şeşamadi, meqruli və digər dadlı gürcü yeməkləri, üstəlik limonad da daxildir. Buradakı setlər həm sərfəli, həm də olduqca doyumlu olduğundan, tez-tez restoran qonaqları tərəfindən sifariş edilir.

Əlavə olaraq qeyd edək ki, Rustaveli restoranının kabinetləri depozitsizdir və burada 20 nəfərlik Vip kabinet də var. Siz həmçinin restoranda canlı musiqidən həzz ala bilərsiniz.

Əlaqə nömrəsi: (+994) 99 777 90 90
Ünvan: Nəriman nərimanov, Faiq Yusifov küçəsi 2

Nani Georgian House

Meqafan ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən Nani Georgian House, Bakıda gürcü mətbəxini dada biləcəyiniz ən gözəl məkanlardan biridir. Əgər gürcü mətbəxi ilə maraqlanırsınızsa, yəqin ki, gürcülərin ənənəvi milli şirniyyatı olan çürçxela haqqında eşitmisiniz. Bəs onun dadına baxmısınızmı? Bilin ki, gürcü mətbəxinin məşhur desertlərindən biri olan çürçxela Nani Georgina House-da hazırlanır və qonaqlara yüksək səviyyədə təqdim olunur. Bundan əlavə, burada gürcülərin milli yeməyi ojaxuri, gürcü salatı, imeruli pendiri və digər gürcü yeməklərindən həzz ala bilərsiniz.

Qeyd etmək lazımdır ki, Nani Georgian House-a gəlməzdən qabaq rezervasiya etməyiniz məsləhətdir. Hər gün canlı musiqi və möhtəşəm ab-hava burada sizi gözləyir.

Əlaqə nömrəsi: (+994) 50 881 00 00
Ünvan: Meqafan t/m 2-ci mərtəbə



Yemək
Balıq yemək üçün 10 tanınmış restoran

Növbəti məkanlarda balıq yeməklərinə üstünlük verilir

Christmas Brunch at Hyatt Regency Baku

Milad Bayramını bizimlə qeyd edin. Xüsusi bufet, canlı müsiqi və uşaqlar üçün Santadan hədiyyələr sizi gözləyir!

Sevgililər Günü

Sevgililər Günü üçün özəl bir təklif hazırlayıb!

Valentin günü Maya Mexican’da

Ən yadda qalan Valentin günü üçün, Maya Mexican’da indidən rezervasiya edin!

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.