UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

  • 29.08.2023
  • 51596

  • Maraqlı

Avqustun 24-də, UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin "Air  Zero G" uçuş təyyarəsi ilə qravitasiyasız uçuş, çəkisizlikdə uçuş, Ay və Mars qravitasiyası ilə uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

Uçuşdan sonra tələbələr öz təəsüratlarını bizimlə bölüşüblər. 

Ömər Nuruzadə: "Çox maraqlı idi. Kosmosa çıxmadan kosmosu hiss etdik. Sözlə ifadə etməsi çox çətin olan hissdir. Ancaq adam gərək canlı şəkildə yaşaya bu anı. Çox həyəcanlı idi. Çox gözlənilməz idi. Mənim favoritim ay qravitasiyasında uçuş idi".

Emin Xəlifəyev: "Bizim Mars, Ay, sıfır cazibə qüvvəsi və ya çəkisizlik yaşamaq şansımız oldu. Ən güclü hiss ayağımızın yerdən ayrılması və havada üzdüyümüzü anladığımız zaman baş verdi. Divarda gəzmək, tavanda dayanmaq və hətta uçmaq kimi tamamilə çılğın hərəkətlər edə bilərsiniz. Uçuşdan 5-6 saat sonra da özümü yuxulu və yorğun hiss edirəm, amma buna dəyərdi".

UFAZ kosmik sahədə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Kosmik Agentliyinə (Azərkosmos) xüsusi təşəkkür edir.



Maraqlı
"BiznesdəSən 2023" forumu

İdeyanız var, amma həyata keçirə bilmirsiniz? Biznes qurmaqda maraqlısınız, amma haradan başlayacağınızı bilmirsiniz? O zaman bu forum sizin üçündür!

2023-cü ildə balıq tutmaq üçün ən yaxşı yerlər

Bakı balıqçılıq həvəskarları üçün gözəl yerdir. Şəhər təbiətdə yaxşı vaxt keçirmək və balıq tutmaqdan həzz almaq üçün bir çox imkanlar təklif edir.

Uşaqlar və valideynlər üçün 5 maraqlı masterklass

Uşaqlarınızla birlikdə bu qeyri-adi masterklasslara baş çəkə və sənət sahəsində unikal təcrübə qazana bilərsiniz.

Moskva metrosu: Böyük Dairəvi Xətt dünyanın ən uzun xəttinə çevrildi

Martın 1-də Moskvada metro sisteminin genişləndirilməsi və müasirləşdirilməsi, o cümlədən Dairəvi xəttin yükünün azaldılması və Moskvada tıxac probleminin yüngülləşdirilməsi üçün nəzərdə tutulmuş metronun Böyük Dairəvi Xətt (BDX) tam istifadəyə verilib. 31 stansiya və 3 elektrik deposunun yerləşdiyi BDX-nin ümumi uzunluğu 70 km təşkil edir.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

Bakı Piano Festival 2023 Braziliya virtuozları Hamilton de Holanda Trio-nun atmosfer konserti ilə başa çatıb

Konsertdə proqramın əsas məqamı əfsanəvi braziliyalı bəstəkar Antonio Jobimin əsərləri olub. Konsertin sonunda tamaşaçıların sürəkli alqışları altında musiqiçilər ankor ifa ediblər. Bu axşam festivala layiqli yekun vuruldu.