23-25 iyunda Bakıda Formula-1 yarışları keçiriləcək
23-25 iyun tarixlərində Bakıda Formula-1 2017 yarışları keçiriləcək! 4 yarış gününə biletə yalnız 3 gün tribunaya daxil olmaq imkanı deyil, həm də əyləncəli tədbirlərdə və 22 iyun, cümə axşamı günü xüsusi təşkil olunmuş pit-leyn üzrə gəzintidə iştirak etmək imkanı daxildir. Bu, azarkeşlərə ən qeyri-adi idman növü ilə yaxından tanış olmaq, komandaların qarajına, mühəndislərin və mexaniklərin işlərinə baxmaq imkanı verəcək. Həmçinin satışda bir günlük biletlər var. Bu bileti əldə edərək yarışa müxtəlif ayaqüstü zonalarda və podiumlarda istənilən yerdən baxa bilərsiniz.
Baku City Circuit (BCC) şirkəti xəbər verir ki, aprelin ortasında 2 yaşdan 16 yaşa qədər uşaqlar üçün Qran Pri Azərbaycan Formula 1 endirimli biletləri satışa çıxarılacaq.
4 günlük biletlər tam olaraq tribunaya satılır və məhdud saydadır. Qiyməti isə tribunadan asılı olaraq 140 manatla 480 manat arasında dəyişir. BCC şirkətinin kommersiya şöbəsinin müdiri Bülent Özerdim F1 azarkeşlərini fürsətdən istifadə edərək yarışlara uşaqlarla baxmağa çağırır: "Bu il ailə və dostlarla birlikdə Formula 1 əfsanəvi dünyasına baş vurmaq daha sərfəlidir. Bu gündən etibarən uşaqlar üçün endirimli biletlər bütün Qran Pri Azərbaycan tribunalarında. Bilet əldə edənlər dünyanın ən yaxşı pilotlarının yarışmasını canlı olaraq izləməklə yanaşı, həm də hər yaş üçün nəzərdə tutulmuş zəngin əyləncəli proqramdan zövq alacaq. Bütün azarkeşləri Qran Pri Azərbaycan 2017 biletlərini sərfəli qiymətlərlə bron etməyə və yarış uik-endinin unudulmaz ab-havasını hiss etməyə səsləyirəm."