Bakıda Mercedes-Benz Fashion Week Payız-Qış 2017/2018 moda nümayişi keçiriləcək

  • 16.05.2017
  • 8178

  • İdman

25 -28 may tarixlərində Bakıda Mercedes-Benz Fashion Week Payız-Qış 2017/2018 moda nümayişi keçiriləcək. Bu dəbli defileni keçirmək hüququnu "Baku Fashion Week" agentliyi alıb.

Fashion Week - dəb sənayesində vacib hadisədir. 2000-ci ildə start götürən Mercedes-Benz Fashion Week dəb dünyasında ən məşhur tədbirlərdəndir. Mercedes-Benz Fashion Week tədbirinin ideyası müxtəlif dünya xalqlarının uzun müddətdir ki, yüksək keyfiyyətlə seçilən aparıcı alman avtomobil istehsalçısının kupe və salonları fonunda dəb tendensiyasına olan baxışlarını, mədəniyyətini geniş şəkildə təqdim etməkdir.

Mercedes-Benz Fashion Week emblemi altında Avropa, Avstraliya, ABŞ, Asiya, Yaponiyada dəbli defilelər keçirilir. İndi bu prestijli siyahıda Azərbaycanın paytaxtı da öz yerini tutub. Mercedes-Benz Fashion Week Baku-nun keçirilməsi üçün şəhərimizin tarixi və müasirliyinin birləşdiyi, məşhur Mercedes-Benz dəb həftəsinin ruhuna lazımınca cavab verə biləcək Passage 1901 restoranı seçilib. Sponsor və dizayner kimi iştirak etmək, həmçinin jurnalist akkreditasiyası üçün bu ünvana müraciət edin: media@mbfwbaku.az



İdman
Bakıda qadınlar üçün 5 ən yaxşı hovuz

Bu yerlərdə hovuz yalnız müəyyən gün və saatlarda qadınlar üçün xidmət göstərir. Üzməyə gəlin və formada qalın!

YARAT Ədəbiyyat Klubu: Reyhan Yusifqızı / Mənim nağılım

Sizi fevralın 3-ü Ədəbiyyat Klubu çərçivəsində yazıçı Reyhan Yusifqızı ilə "Mənim nağılım" adlı tədbirə dəvət edirik.

Ali & Nino-da endirim!

Ali & Nino seçilmiş kitablara endirim elan edir!

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.