Kapital Bankla "Nağıllara səyahət"
"Kapital Bank" 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Nağıllara səyahət" adlı sosial layihə həyata keçirir. layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunacaq.
20 may tarixində Lənkəran Dövlət Dram Teatrında “Ceyranın ad günü” tamaşası, 21 mayda isə Abdulla Şaiq adına Dövlət Kukla Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunacaq.
Qeyd edək ki, layihə çərçivəsində ötən həftənin istirahət günləri Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Kəlilə və Dimnə” tamaşası və Gəncə Dövlət Dram Teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.