"Məqsəd: Yaz" foto sərgisinin açılışı olub

  • 31.05.2017
  • 5808

  • Mədəniyyət

30 Mаy 18:00-da Azərbaycanın Milli İncəsənət Muzeyində foto sərgi açılışı olub.  "Məqsəd: Yaz" Azərbaycanın təbiət gözəlliklərinə və azərbaycan rayonlarının müxtəlif obrazlı landşaftına həsr olunub.

Azərbaycan – təzadlı təbii zonaları ilə tamamilə bənzərsiz bir ölkədir, burada müxtəlif möhtəşəm mənzərələr görmək mümkündür: səhralar, çöllər, tropik plantasiyalar, qayalıqlar, dərələr, dəniz sahilləri, hündür dağlıqlar, Alp çəmənlikləri, insan ayağı dəyməmiş yüksək dağlıqlar, meşələr, rəngarəng çiçəklərlə örtülmüş əzəmətli düzənliklər.


Sərginin kuratoru Rüstəm Hüseynovun sözlərinə görə məqsəd şəkillər vasitəsi ilə azərbaycanın təbii sərvətlərinin müxtəlifliyini və gözəlliyini nümayiş etdirmək, rayonların turistik potensialına marağı gücləndirmək və bu incəsənətin janrı kimi peyzaj fotolarına diqqət cəlb etməkdir.


Bahar – ilin elə fəslidir ki, hətta boz səhralar da parlaq güllü xalı ilə örtülür. Sərgidə Rüstəm Hüseynov, İlkin Kəngərli, Emiliya Qazi və Denis Sveçnikov kimi fotoqrafların işi nümayiş olunub.  Xüsusilə, bu layihə üçün fotorəssamlar Azərbaycan baharının ən gözəl anlarını “ovlamaq” məqsədilə bir neçə ay regionları gəziblər. Sərgi 2 İyuna qədər davam edəcək.



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.