Amburan Beach Club-da Park Cinema açılıb
İsti yay axşamında dəniz kənarında oturub ən səs-küylü dünya kinopremyerasına baxmaqdan daha yaxşı nə ola bilər? 3 iyun Park Cinema Amburan Beach Club-da yay mövsümünü açdı. Xatırladaq ki, bu, Amburan Beach Club ərazisində açıq havada open-air kinoteatrdır. Kinoteatrın repertuarına xarici və Azərbaycan filmləri daxil ediləcək.