Heydər Əliyev Mərkəzinin parkında Yoqa sessiya
Növbəti Yoqa sessiya 11 iyun 8:00 və 9:00-da Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək.
Müəlimlər: Alla Motorina və Qafar Qənizadə. Giriş: sərbəstdir. Bütün arzu edənlər pulsuz sessiyalara qoşula bilər. İştirak etmək üçün mat götürməyi unutmayın.
Heydər Əliyev Mərkəzinin parkında 10 iyun 10:00-da həmdə uşaqlar üçün idman məşğələləri keçiriləcək. Master klassı bədii gimnastika üzrə Respublikanın 5 qat çempionu, Avropanın vitse-çempionu, müalicəvi bədən tərbiyəsi məşqçisi Aelita Xələfova keçirəcək. Sağlam bədəndə sağlam ruh! Bizə qoşulun!