"Taxtların oyunu" serialının yeni mövsümü 2019-cu ilə qədər gecilkə bilər
"Taxtların oyunu" serialının yeni mövsümü daha bir il gecilkə bilər. Səbəb isə olduqca sadədir: serialın ssenari müəllifləri Devid Benioff və Den Uayss bir neçə süjet xəttini başa çatdıra bilmir. İndi onların qarşısında çox çətin məsələ dayanır: hər bir bölümə maraqlı final və ssenari fikirləşmək. Xatırladaq ki, populyar serialın yeddinci mövsümünün nümayişi 16 iyula nəzərdə tutulub. Relizin gecikməsinə səbəb həm də şounun yaradıcılarının çəkilişləri başa çatdırmaq üçün uyğun hava şəraitini gözləmələri olub.