Heydər Əliyev Mərkəzində pulsuz dərslər
Həftə sonu Heydər Əliyev Mərkəzinin parkında yenidən maraqlı tədbirlər keçiriləcək.
Məşğələlər mərkəzin parkında keçiriləcək. Giriş sərbəstdir. 1 iyul 10:00-da uşaqlar üçün kikboksinq üzrə pulsuz dərslər keçiriləcək. Tədbirin aparıcısı kikboksinq üzrə beş qat dünya və üç qat Avropa çempionu Zabit Səmədov olacaq. İştirakçıların yaşı: 5-16 yaş. Giriş: sərbəstdir. İştirak etmək üçün kikboksinq üçün uniforma gətirə bilərsiniz.
1 iyul 20:00-da sizi tanqo üzrə şou və master-klass gözləyir. Pedaqoq: İlham Osmanov.
2 iyul 09:00-da uşaqlar üçün idman məşğələləri keçiriləcək. Məşğələləri Respublika çempionu, Avropa vitse çempionu, pedaqoq Aelita Xələfova aparacaq. Yaş həddi: 5-16 yaş. Giriş sərbəstdir.
2 iyul Heydər Əliyev Mərkəzinin parkında uşaqlar üçün futbol üzrə yarış keçiriləcək. Yaş həddi: 5-14 yaş. İştirak etmək üçün qabaqcadan qeydiyyatdan keçməlisiniz. Tədbir 18:00-da başlayır. Məlumat nömrəsi: (012) 565-26-17