Heydər Əliyev Mərkəzində pulsuz tədbirlər
İstirahət günlərində Heydər Əliyev Mərkəzində yenidən bir neçə maraqlı tədbir keçiriləcək.
Məşğələlər mərkəzin parkında keçirilir. Giriş sərbəstdir.
8 iyul 20:00-da parkda gənc ifaçıların konserti keçiriləcək. Konsertdə Aliyə Rəhimova, Ruslan Alışan, Tofiq Hacıyev, Nərmin Kərimbəyova iştirak edəcək.
9 iyul 10:00-da parkda real aykido dərsləri keçiriləcək. İştirakçıların yaşı: 4+. Müəllim: 4 qat qara kəmər ustası Fariz Abdullayev. İştirak etmək istəyənlər kimono gətirə bilər.