YARAT Freestyle: "ADO" yubiley teatrı

  • 10.07.2017
  • 4447

  • Mədəniyyət

YARAT Müasir İncəsənət Məkanı hər kəsi Azərbaycanın ilk müstəqil teatrı olan ADO`nun təntənəli yubileyini qeyd etməyə dəvət edir!

Alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5-ci ilini açıq elan edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən "ADO Theatre – Collective" bu il 5-ci ilinin açılışını Yarat Müasir İncəsənət Mərkəzində keçirəcək. “Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir saat 17:00-dan başlayacaq.

Tədbirdə ADO-nun performansları, tamaşalarından qısa parçalar göstəriləcək. Eyni zamanda ADO-nun 5 il ərzində keçdiyi yol haqda tamaşaçılara məlumat, video teaser və fotolar təqdim olunacaq. Bundan əlavə tanınmış müğənnilər, musiqiçilərin ifası, DJ-lərin iştirakı və bir çox sürprizlər təqdim olunacaq.

ADO tədbir gününə kimi mütəmadi olaraq məlumatlar yayacaq, tədbirin proqramını təqdim edəcək və musiqiçilərin adlarını da açıqlayacaq. Bütün bunlar haqda ətraflı olaraq “ADO.AZ” saytında və “fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz.

Qeyd edək ki, "ADO Theatre – Collective" 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək bir ad altında – “ADO Theatre – Collective” kimi fəaliyyətini genişləndirərək davam etdirir. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO hər kəsi öz yubiley tədbirinə dəvət edir!

Tarix: 15 iyul, 17:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
(Bayıl qəsəbəsi, Milli Bayraq Meydanı)
Giriş sərbəstdir



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.