Ayın filmi "Çölçü"

  • 17.07.2017
  • 8085

  • Kino

Çölçü. E. J. Wickes-in (E. J. Uiks-in) film haqqında fikirləri: Şamil Əliyevin filmi. “Xüsusi bir dünyaya daxil olmaq və dram təqdim etmək kimi fikir böyük rejissor işi və peşəkar quruluşun sayəsində ərsəyə gəlib”. Ayın filmi adına Şamil Əliyevin “Çölçü” filmi layiq görüldü. Burada Rusiya və Şimali İran arasında yerləşən ucsuz-bucaqsız düzənlikdə sağ qalmaq uğrunda mübarizə aparan adsız bir insandan söhbət gedir. Vidadi Həsənov filmin ssenarisini Azərbaycan tarixinə əsaslanaraq yazıb. Baş rolları Bəhruz Vaqifoğlu və Salome Demuriya canlandırıb. Film, namizədlər sırasına daxil olmasa da, 86-cı mükakafat mərasimində Amerika Kinoakademiyası bu işi, şort listdə xarici dildə çəkilən yaxşı bir film kimi qeyd edib. 80 dəqiqə davam edən filmin sujet xətti qaranlıq yağışlı gecədə uşaq atasını oyatmağa çalışır çünki, sevimli dəvəsinin doğuş vaxtıdır.

Ata və oğul damı qamışla örtülən köhnə daxmada yaşayır. Bu tənha köhnə evdə qadın yoxluğu hiss olunur və evdə sandıqda qadın şəkli gizlədilib. Şəkildəki çox güman ki, uşağın artıq onların yanında olmayan. Çöllükdə həyat iddiasız və rəngsiz olduğuna görə əyləncələr üçün böyük təxəyyül lazımdır. Uzun sakit gecələrdə atası oğluna buradakı sakinlərin həyatından maraqlı hekayələr və cavan oğlanın “Şanapipik” adlı qızla tanışlığından danışır. Çöllükdə həyat ağırdır, lakin ata güclü iradəsi sayəsində oğlunu ciddi qayda-qanuna uyğun saxlayır. Bir gün oğul evə gəlir,  atasını oturmuş görür, lakin ata artıq ölmüşdü... Bizim qəhrəmanımız asan olmayan həyat yolunda təkbətək qalır. Çölçü şəhərə gedir. Orada başına bir çox macəralar gəldikdən sonra şəhərdən qayıdır və daxmanın arxasında samanlıqda yatan cavan bir qadına rast gəlir.  O, qızın yuxusunu bölmək istəmir və gedir. Geri gəldikdə isə görür ki, bütün qabları yuyub və evi təmizləyib. Qadının xəbərdarlıq etmədən onun evinə girməsi onu həm əsəbləşdirir, həm də qorxudur. Bəli, ilk baxışdan bu film şəhər qızı ilə çöllükdə böyümüş oğlan arasında olan məhəbbət hekayəsidir. Vaxt keçdikcə onlar bir yerdə yaşamağı öyrənirlər.

Bəli, ilk baxışdan bu film şəhər qızı ilə çöllükdə böyümüş oğlan arasında olan məhəbbət hekayəsidir. Vaxt keçdikcə onlar bir yerdə yaşamağı öyrənirlər. Qız, onun insanlığına, sadəliyinə ciddiliyinə və məsumluğuna qiymət verir. Oğlan isə onun necə zəhmetkeş olduğunu və təbiətə uyğunlaşmaq istəyini görməyə bilməzdi. Filmin çox hissəsi kənd yerində çəkilib və kənd həyatını təsvir etdiyinə görə xüsusi dekorasiyaya ehtiyac olmayıb. Aktyorların oyunu möhtəşəmdir. Mən bu filmə baxdıqda həm təhlükə, həm seksual gərginlik, həm ürək ağrısı, həm də bir neçə çalarlı hissləri bir anda hiss etdim. Bu filmin bu qədər gözəl qarşılanması təəcüblü deyil. E.J. Wickes. (E.J.Uiks)  “Cult Critic Film Magazine” jurnalının rəssamı, baş redaktoru və həmçinin “Metamodern Magazine” jurnalının banisi və naşiridir. Erik Hollivudun  incəsənət şöbəsində, TV və bir çox müstəqil kinostudiyalarda işləyib. O, həmçinin HLC Studios-un kreativ direktorudur və mətbuat şöbəsinə,həmçinin şirkətin nəşriyyatına başçılıq edir.

.



Kino
Frankofoniya Film Festivalın Proqramı

Frankofoniya Film Festivalın Proqramı

“START” Festivalı “CinemaPlus”da Cəfər Pənahinin “Üç üz” filmini nümayiş etdirəcək

“CinemaPlus” kinoteatrında 14-17 noyabr tarixlərində Bakıda keçiriləcək IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı çərçivəsində dünya şöhrətli kinorejissor Cəfər Pənahinin “Üç üz” filminin Azərbaycan premyerası baş tutacaq.

YARAT Film Klub: Məddah

Bir zamanlar çox məşhur teatr aktyoru olan Əziz, hal-hazırda evsiz olduğundan dostlarının köməkliyi ilə otellərdə qalır.

9-cu Avropa Film Festivalına Bakıda start verildi

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Aİ-na Üzv Dövlətlərin Azərbaycanda akkreditə olunmuş Səfirlikləri, Norveç Səfirliyi, Park Cinema ilə əməkdaşlıqda Bakıda 9-cu Avropa Film Festivalını təşkil edəcəkdir. Avropa Film Festivalı 10-21 oktyabr tarixlərində keçiriləcəkdir.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.