“Qısa hekayə”
Əziz kinomanlar, 18 iyul sizi rejissor Anar Əzimovun “Qısa hekayə” qısametrajlı filminin nümayişinə dəvət edirik. “Qısa hekayə” bir qadının səkkiz dəqiqəlik həyat hekayəsidir. Yalnız və qoca qadın öz günlərini atasının ölümündə günahı olan bir insanla yaşayır və hər gecə eyni yuxunu görür. Günlərin bir günü divarda, xalçanın arxasında nəyin gizlədildiyinə baxmaq qərarına gəlir... Bu, rejissorun Top Shorts Film Festival və Festigious International Film Festivalda mükafata layiq görülən beşinci işidir. Film rus dilində ingilis subtitrla nümayiş olunacaq.
18 iyul 19:00
Giriş tam sərbəstdir.