Open Air Yoqa Festivalı
Əziz dostlar! YARAT Müasir İncəsənət Məkanı Bakı Bulvarı müdriyyəti ilə birgə "YARAT Freestyle" çərçivəsində 23 iyul tarixində açıq havada İrimiqyaslı Yoqa Günü elan edir.
Festivalın məqsədi sağlam həyat tərzinin populyarlaşdırılmasıdır. Festival səhər 10-da açıq səma altında yoqa məşğələsiylə başlayacaq.
Gün ərzində müxtəlif tədbirlərdə iştirak edə biləcəksiniz. Festivalın iştirakçıları və partnyorları: Hindistanın Azərbaycandakı səfirliyi, "Yoga Shahi" yoqa studiyası, "The Art Of Living" Beynəlxalq fondu, "Sevimli Bala" uşaq təşkilatı, "Chandramukhi" hind rəqsləri studiyası. Tədbirə daxildir: Xəzərin sahilində yaşıl qazonlar, peşəkar müəllimlərlə yoqa məşğələləri, uşaqlar üçün master klass, musiqiçilərin alov şousu çıxışı, fly yoqa, sağlam qida və əla əhval-ruhiyyə!
Festivalın proqramı:
10:00 – 10:40 -yaşıl qazon üzərindı yoqa,
11:00 – 19:00 – meditasiya təcrübəsi, əyləncə və uşaqlar üçün master-klass (6 yaşdan), vegeterian yeməklərindən ibarət guşə, FLY yoqa, Dj çıxışı,
13:00-15:00 –vegeterian mətbəxi
19:00- 22:00 –musiqili çıxışlar və alov şousu
İştirak sərbəstdir. *yoqa-matların sayı məhduddur, özünüzlə mat gətirməyinizi xahiş edirik.
Tarix: 23 iyul 10:00 – 22:00
Məkan: Bayıl qəs., Yeni Bulvar, Su Oyunları Sarayının yaxınlığı
Texniki dəstək: Şirin Su, Grafik