ADGTT dünya turuna hazırlaşır

  • 26.02.2018
  • 1543

  • Mədəniyyət

Bu il özünün 90 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrı 2018-ci il fevral ayının 27-dən mart ayının 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Əl Füceyra şəhərində keçiriləcək VIII Beynəlxalq Monodram tamaşalar festivalında və martın 3-dən 8-dək Hindistanda keçiriləcək VIII Beynəlxalq Dünya Teatr Olimpiadasında iştirak edəcək. VIII Beynəlxalq Dünya Teatr Olimpiadası təşkilatçılarının dəvəti ilə qastrol səfərinə yollanan kollektiv səfər çərçivəsində T. Vəliyevanın “Cəza” (təkadamlıq oyun) əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək. Tamaşa fevral ayının 27-dən martın 2-dək BƏƏ-nin Əl Füceyra şəhərində və 2018-ci ilin martın 3-dən 8-dək Hindistan Respublikasının Dehli və Kəlkütə şəhərlərində nümayiş olunacaq. 
Qeyd edək ki, Azərbaycan Respublikası prezidentinin 18 may 2009-cu ildə imzaladığı “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”na uyğun olaraq yeni Azərbaycan teatr sənətinin dünyaya inteqrasiya edilməsi həm də teatr mədəniyyətimizin hərtərəfli təbliği ilə bağlıdır. Teatr sahəsində bu siyasətin həyata keçirilməsində ADGTT hər zaman fəaliyyətini günün tələblərinə uyğun qurmağa çalışmışdır. Son illər ərzində ADGTT Azərbaycan teatr sənətini xaricdə ən çox təbliğ edən kollektivlər sırasındadır. Nəzərdə tutulan dünya turu da məhz Azərbaycan teatrının dünyada tanıdılması siyasətinə xidmət edir.
Yola saldığımız 2017-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı dünyanın 14 ölkəsində keçirilmiş beynəlxalq teatr festivallarında və qarşılıqlı qastrol mübadiləsi yolu ilə müxtəlif tamaşalarla ölkəmizi uğurla təmsil etmişdir.



Mədəniyyət
Bakıda olan 8 tarixi və müasir məscid

Sizin üçün Bakıda olan 8 tarixi və müasir məscidin siyahısını və tikilmə tarixini hazırladıq. Məscidin hər biri öz gözəlliyi ilə cəlb edir və şəhərimizi daha da gözəlləşdirir.

5 yanvar 2022-ci il tarixində “Sehrli qala” festivalı çərçivəsində “Azərbaycanın qış gözəli” fotosərgisinin açılışı olub

Sərgidə ölkəmizin müxtəlif yerlərində təbiətin inanılmaz gözəlliklərini əks etdirən qış mənzərələri nümayiş etdirilib.

Bütün məqalələr
Kapital Bank-ın Sponsorluğu ilə ADA Universitetində Süni İntellekt və Open Source əhatə edən mühəndislik və sahibkarlıq konfransı keçirildi

ADA Universitetində Kapital Bank-ın baş sponsorluğu ilə “Frontiers of AI: Open-Source Entrepreneurship Conference” konferansı baş tutdu.

AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar.