Balaca YARAT: "Özünü Tap" layihəsi
YARAT Müasir İncəsənət Məkanı Balaca YARAT proqramı çərçivəsində yeniyetmələr üçün "Özünü tap" adlı layihəsini təqdim edir. "Et bunu" və "Təsəvvür edilməyən perspektivlər" sərgiləri əsasında keçiriləcək proqrama təlim, ekskursiya,ustad dərsləri və debat kimi fəaliyyətlər növləri daxildir. Proqram YARAT Mərkəzində 12, 19, 26 may və 2 iyun tarixlərində, saat 15:30-da keçiriləcəkdir.
Proqramda iştirak edə bilər:
- 12 – 14 yaşlı uşaqlar;
- Yaradıcı məktəblilər;
- İncəsənətə marağı olanlar;
- Kəşf etməyi sevənlər;
Proqramı uğurla başa vurmuş iştirakçılar 9 iyun tarixində ARTIM Layihə Məkanında baş tutacaq sərgidə iştirak edəcəklər.
Baş tutacaq sərgidə iştirak etmək üçün, hər bir sessiyaya qatılmaq zəruridir.
Tədris dili: Azərbaycan.
Qeydiyyat üçün: 0502469292. Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.