Zumba + Latın Amerika Musiqisi
Fəal həyat tərzini sevənlər!
Gəlin birlikdə bu yaya başlayaq! YARAT Mərkəzi və NERO Dance Center sizə yaxşı əhval-ruhiyyə formulunu təqdim edir: fitnes proqramı üstəgəl atəşin Latın Amerika musiqisi. Siz artıq təxmin etdiniz ki, söhbət zumbadan gedir.
İlk dərs mayın 12-i baş tutacaq və NERO Dance Center-in qurucusu, NERO balet şousunun bədii rəhbəri və aparıcı xoreoqrafı Nərgiz Useynova tərəfindən keçiriləcək.
Nərgiz Useynova ustad-məşqçi, Zumba (Zes™) tədrisi üzrə mütəxəssis, Türkiyədə Zumba-nın rəsmi nümayəndəsi Didem Zeybekin rəhbərliyi altında əsas təlim və sertifikatlaşdırmanı keçib. O, Zumba (Zin™) təlimçilər şəbəkəsinin üzvüdür və beynəlxalq tədbirlərin iştirakçısıdır, o cümlədən: 2015-ci ildə Türkiyədə reallaşan Zumba Fitnes proqramının yaradıcısı, xoreoqraf Alberto Peresin ustad dərsi, Fordanzo International Dance Camp (2017) və Dance Not War International Dance Fest (2017).
Giriş sərbəstdir
12 may, 11:30