Eurovillage - Avropa Şəhərciyi 2018
Avropanı Bakıda kəşf edin!
Avropa Şəhərciyinə dəvətlisiniz!
Bakı Bulvarında təşkil olunacaq əyləncəli tədbirdə siz Avropa ölkələrinin mədəniyyəti, adət-ənənələri ilə tanış olacaq, viktorinalara və oyunlara qatılaraq maraqlı gün keçirəcəksiniz.
“Avropa Şəhərciyi – 2018” ölkələri kəşf etmək istəyən gənclər, şirin-şəkər balalar və Avropa mədəniyyəti ilə maraqlanan hər kəs üçündür! ☺️
Giriş sərbəstdir.
PROQRAM:
Sərginin müddəti 12:00 – 20:00
Avropa şəhərlərinə virtual səyahət
Elmi Şou
Gül çələnglərinin hazırlanması
3D qələmlərlə qeyri-adi şəkillərin çəkilməsi
Milli və Avropa rəqs dərsləri
Avropa dilləri dərsləri
Futbol zonası
Karaoke
Foto kabinəsi
Avropa mətbəxinin nümayişi
Üz rəsmləri (feys-art)
Şahmat zonası
Milli naxışların çəkilməsi
Çoxsaylı müsabiqələr və viktorinalar
Dostlarınızla və ailənizlə yığışın, gəlin!