YARAT Freestyle: Hər rəsmdə günəş işığı
28 May tarixdə ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdi. Bu hadisə ilə əlaqədar olaraq, Şəxsiyyətin İnkişafı Uşaq Mərkəzinin şagirdləri milli mövzuda bir sıra əsər və quruluşlar hazırladılar. Proqrama Azərbaycan adət-ənənələri, poeziya, incəsənət və rəqslər daxildir.
Tədbirdə uşaqlar Xurşidbanu Natəvan, Nizami Gəncəvi, Molla Pənah Vaqif və başqa məşhur insanların obrazlarını canlandıracaqlar, "Ayselin" uşaq ansamblı tərəfindən milli rəqslər ifa olunacaq, gənc rəssamlar isə əsərlərini qonaqlara təqdim edəcəklər.
25 iyun, saat 18:00
Giriş sərbəstdir