Elan Konsertlər Tarkanın konserti
Tarkanın konserti

Bugün Baku City Circuit (BCC) şirkəti Bakıda 23 -25 iyun tarixlərində keçiriləcək ikinci Formula 1 uik-end yarışlarında dünya ulduzu Tarkanın konsert proqramı ilə çıxış edəcəyini elan edir. Cümə günü axşam (23 iyun) Türkiyənin ən məşhur ifaçıları Formula 1-in əsas səhnəsində çıxış edəcəklər.

Almaniyada doğulmuş və Türkiyədə böyümüş Tarkan 29 milyon albom və sinql satışı həyata keçirib. Bu, olduqca böyük göstəricidir, belə ki, müğənni öz 20 illik karyerasında cəmi bir neçə ingiliscə mahnı yazdırıb. Tarkan Avropadan Asiyaya, Avstraliyadan Latın Amerikasına qədər geniş auditoriya kütləsinin sevgisini qazanıb. 
Formula 1 yarışının bütün azarkeşləri 23 iyun axşamını səbrsizliklə gözləyir. Gecədə Tarkan enerji dolu unudulmaz şou və könül oxşayan musiqilər bəxş edəcək və Formula 1 Azərbaycan Qran Prisinin ilk gününə rəng qatacaq.
Tarkanın konsert proqramının aparıcı müğənnisi olduğu haqqında BCC direktoru Arif Rəhimov belə deyir: "Dünyada uğurlu ifaçılar az deyil, amma müxtəlif mədəniyyətə malik milyonlarla insanın qəlbini fəth etmək hər kəsə nəsib olmur. F1 azarkeşlərini unudulmaz uik-end, tam adrenalin və əyləncə gözləyir. Bizim gözəl şəhərimizdə auditoriyanı Tarkandan daha yaxşı əyləndirə biləcək bir ifaçı təsəvvür edə bilmirəm. Elə buna görə də bilet əldə etməyə tələsin!"

Qran Pri F1-ə bilet əldə edən hər kəs dünya ulduzlarının konsertinə giriş əldə edəcək. 4 günlük yarış uik-endinə sadəcə üç günlük yarış deyil, həm də əyləncəli proqramlarda, favoritlərin avtoqraf sessiyalarında və 22 iyun, cümə axşamı günü pit-leyndə xüsusi təşkil edilmiş gəzintidə iştirak etmək imkanı daxildir. 

Satışda istənilən tribunaya 2-16 yaş uşaqlara nəzərdə tutulmuş biletlər də daxil olmaqla müxtəlif kateqoriyalar üçün biletlər var.

Növbəti Bakı F1-nin başlanmasına 2 aydan az müddət qaldığı bir vaxtda Baku City Circuit şirkəti bütün dünya üzrə F1 azarkeşlərinə müraciət edərək www.bakucitycircuit.com saytına daxil olub bilet əldə etməyə çağırır!




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.