Elan Klublar Billionaire Klubu Bakıya gəlir
Billionaire Klubu Bakıya gəlir

Formula 1-in ən möhtəşəm əyləncə tədbirlərindən biri olan “Billionaire Club” Formula 1 Avropa Qran Prisi ərəfəsində Bakıya gələrək yarış həftəsonunun hər üç günü ərzində sürət həvəskarlarına unudulmaz anlar yaşadacaq.

Unikallığı, ekslüzivliyi və dəbdəbəni özündə birləşdirən “Billionaire Club” əvvəllər Formula 1 komandalarından Benetton və Renaulta rəhbərlik etmiş Flavio Briatore tərəfindən təsis olunub. 

Dubay, Porto və İstanbul kimi şəhərlərdə böyük coşğu ilə baş tutmuş bu əfsanəvi əyləncə tədbiri Sizə Bakıda qeyri-adi yarış həftəsonu keçirmək imkanını yaradacaq. Tədbirin iştirakçıları arasında hər zaman məşhur iş adamları, dünya ulduzları, Formula 1 pilotları, ən gözəl modellər və digər tanınmış şəxslərə rast gəlmək mümkündür. Bakıda keçiriləcək tədbirdə də bu istisna təşkil etməyəcək. Tədbirin təşkilatçıları qonaqlar üçün dünya ulduzlarının iştirakı ilə sürprizlər hazırlayıblar. Üç gün ərzində böyük coşğu ilə qeyd olunacaq bu tədbir ən gözəl xatirələrlə uzun müddət yaddaşınızda qalacaq. Onu nəzərinizə çatdıraq ki, müxtəlif vaxtlarda “Billionaire Club”-da Wyclef Jean, Bob Sinclar və Тimatı kimi musiqi ulduzları öz konsert proqramları ilə çıxış ediblər. 

“Billionaire Club”-u ziyarət etmək üçün başqa səbəb də var. Dünyanın dörd bir tərəfindən xüsusi incəliklə seçilmiş ən cəzibədar 20 model - “Billionaire Girls” də tədbirin iştirakçısı olacaq. 

“Billionaire Club” əyləncə tədbirləri 2016 Formula 1 Avropa Qran Prisinin yarış həftəsonunun əsl bəzəyi olacaq. Bu tədbirlərə qatılmaq fürsətini qaçırmayın!




23 Июня - 25 Июня
Klublar




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.