Elan Konsertlər Bakida Musiqi Bayrami
Bakida Musiqi Bayrami

Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı artıq Bakıda!
Peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.
Sizi, şənbə günü, 1 iyul 2017-ci il, Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı Səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, İçəri Şəhər, Hard Rock Cafe və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçirilən musiqi tədbirlərinə dəvət edirik.

Proqram
YARAT MÜASİR İNCƏSƏNƏT MƏRKƏZİ, 16.00-da
Vəfa Qədirova (səs), Taleh Qəhramanov (gitara), Aydan Yusupzadə (piano)
Les Gamins

PARIS BISTRO, 18.00-da :
Əli İbrahim-Zadə - Gitara
Albina
Ahmedowsky trio
Milan Mamedov

İÇƏRİ ŞƏHƏR, YAY Galery-nin qarşısında, 20.00-da :
Les Gardiens du Silence
Todo Band

HARD ROCK CAFE, 22.00-da :
Radio & Video band




Konsertlər
Bilet: Бесплатно




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.