2017-ci il iyul ayından Bakı tamaşaçıları Britaniya rejissoru Fil Qrabskinin keyfiyyətli və böyük ekranda film-sərgisini izləyə biləcək! Bu, incəsənət tarixinə kinoteatrda toxunmaq üçün bir imkandır. Rəssamlar və incəsənət haqqında ən yaxşı sənədli filmlər: son on illiyin ən böyük sərgiləri -bütün bunlar indi yeni formatda. İncəsənətşünaslar və aktyorlar, tarixçilər və musiqiçilər sevimli əsərləri və muzeyləri haqqında danışmaq üçün birləşirlər.

HD çəkiliş sayəsində tamaşaçılar rəsm ustadlarının şedevrlərini izləyə biləcək. Bu film siklləri 50 ölkədə 1500-dən artıq kinoteatrda nümayiş edilib. Satılan biletlərin sayı isə milyonu ötüb.

Layihə Bakıda yeddi tammetrajlı filmlə start götürür. Hər film tamaşaçını rəqəmsal filmin köməyilə dünya incəsənət şedevrləri ilə tanış edəcək.

Nümayiş "Rəsmdə bağlar: Monedən Matissaya qədər" (Painting the Modern Garden: Monet to Matisse) filmi ilə başlayacaq.
Klod Mone dünya incəsənətində ən məşhur bağbanlardan biri olmuşdur və məhz bağlara həsr edilmiş rəsm əsərləri tarixində vacib fiqurlardandır. Lakin o öz marağında heç də tək deyildi - bağları öz rəsmlərində canlandırmağa üstünlük verən Van Qoq, Pissarro, Bonnar, Sarcent və Matiss kimi dahilər də onunla bu marağı bölüşür. Bu dahilərin işləri Londonun Kral akademiyasında Klivlend incəsənət muzeyi tərəfindən təşkil edilən tematik sərgidə təqdim ediləcək.

Biletlər onlayn və Park Cinema (Flame Towers) kinoteatrlarında 9 AZN-ə satılır.

KİV nümayəndələri 12 iyul, 11:00-da Flame Towers-də keçiriləcək press-konferensiyaya dəvət edilir.

Fürsətdən istifadə edərək British Council-Azerbaijan CoolConnections art-birliyinə və Park Cinema kinoteatrlar şəbəkəsinə öz minnətdarlığını bildirir.

Bağlar rəsmdə: Monedən Matissaya qədər

16 iyul - 13:00

Park Cinema, Flame Towers

Qoya: cisim və qandan obrazlar

23 iyul - 13:00

Park Cinema, Flame Towers

Renuar: Naməlum rəssam

30 iyul - 13:00

Park Cinema, Flame Towers

Leonardo HD

6 avqust - 13:00

Park Cinema, Flame Towers

Mikelanjelo: Məhəbbət və ölüm

13 avqust  - 13:00

Park Cinema, Flame Towers

İmpressionist

20 avqust  - 13:00

Park Cinema, Flame Towers

Vinsent van Qoq: Yeni baxış

27 avqust  - 13:00

Park Cinema, Flame Towers

Mən, Kloq Mone

3 sentyabr - 13:00

Park Cinema, Flame Towers

Mirvari sırğalı qız

10 sentyabr - 13:00

Park Cinema

 

   




Kino digər yerlərdə




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.