Elan Klublar “Urban Fest” в Shahdag Mountain Resort - 2017
“Urban Fest” в Shahdag Mountain Resort - 2017

27 avqust tarixində saat 13:00-da “Şahdağ” Turizm Mərkəzi və "Red Bull"un təşkilatçılığı ilə “URBAN FESTİVAL” adlı tədbir keçiriləcək. Bu möhtəşəm festivala qatılmaq və qızmar yay günlərini sərin dağ ətəklərində dincələrək keçirmək istəyirsinizsə, bu tam sizə görə bir təklifdir. Özünü gənc hesab edən hər kəs bu fürsəti əldən qaçırmamalıdır. 

Festivalda skeytbordçular, dağ velosipçiləri komandası, qraffiti rəssamları, bitbokserlər və kreativ rəqqaslar iştirak edəcək. Skeytbordçular, dağ velosipedçiləri və sonda rəqqaslar arasında “All For One” adlı rəqs yarışması keçiriləcək. Birinci yerin sahiblərinə “Red Bull” və “Şahdağ” Turizm Mərkəzi tərəfindən hədiyyələr veriləcək.

Proqrama əsasən:
- İlk olaraq skeytbordçular arasında müsabiqə keçiriləcəkdir. Qaliblər müəyyən olunduqdan sonra növbəti yarışa keçid olunacaqdır.
- Dağ velosipedçilərindən ibarət 20-25 velosipedçi xüsusi qazılmış velo cığırlarda yarışacaqlar. Finiş nöqtəsinə ilk çatan iştirakçı qalib olacaq.
- Və sonda “Zirvə” hotelinin qarşısında möhtəşəm “All For One” kreativ rəqs yarışması keçiriləcək. DJ KİLLAJAZ və DJ TWIST-in trekləri altında bir-birindən kreativ gənclər qalib gəlmək uğrunda mübarizə aparacaqlar. Hərəkətlərinin orijinallığı ilə seçilən və musiqiyə uyğun rəqs edən yarışmaçılar təyin olunmuş münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Sonda finalçılar müəyyənləşəcək və tamaşaçı simpatiyası və münsiflər heyətinin səsverməsi ilə qalib seçiləcəkdir. 

İlk yarışmadan son yarışmayadək paralel şəkildə qraffiti rəssamları bitbokserlərin performansı ilə eyni zamanda Şahdağın peyzajını özündə əks etdirən rəsm əsərləri yaradacaqlar. Artıq sayca 2-ci dəfə olaraq qraffiti şəhər mühitindən kənara çıxaraq Şahdağa gəlir. “Urban Art Azərbaijan”dan növbəti dəfə rəsm əsərinin necə yaradılmasını müşahidə etmək, bu haqda istənilən suala cavab almaq və ya sadəcə olaraq bu prosesdən həzz almaq şansı verəcəkdir!

Yuxarda qeyd olunan yarışlara canlı baxmaq və həftə sonunu Şahdağda keçirtmək etmək arzusunda olan hər kəs rəydə adını yazaraq qeydiyyatdan keçə bilər. Yaşından asılı olamayaraq hərkəsin bu həyəcanı dadmaq şansı vardır. Bu, çox rahat, eyni zamanda sərfəlidir. 

Canlı seyr etmək və ya iştirak etmək üçün şərhdə qeyd etməyiniz xahiş olunur. Gediş - gəliş cəmi 14 AZN. Yaş məhdudiyyəti yoxdur.

Ətraflı məlumat üçün: (+99412) 310 11 10| mob: 1110




Klublar




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.