Elan Sərgilər Art Payız festivalı
Art Payız festivalı

Payız incəsənət adamlarının ən çox sevdikləri mövsümdür. İlin bu fəslinə xas olan al-əlvan rənglər Port Baku Mall-u "ART Payız" sərgisinin təşkilinə sövq etdi. "ART Payız" sizi 5 tam fərqli aləmə qərq olmağa imkan yaradır. Art festival çərçivəsində Port Baku Mall-da aşağıda qeyd olunan sərgilər keçiriləcək: - 3 - 11 sentyabr rəssam Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi; - 17 sentyabr - 2 oktyabr Afət Bağırovanın - Retrospektiv sərgisi; - 8 - 23 oktyabr tanınmış fotoqraf Orxan Aslanovun - "My Azerbaijan" adlı sərgisi; - 29 oktyabr - 9 noyabr İrina Eldarovanın - "NEFT=HOLLIVUD=GÜC" adlı sərgisi; - 12 - 27 noyabr Pərviz Hüseynovun və İrina Qundorinanın - "961,8°C" adlı sərgi. Festivalın iş rejimi: 3 sentyabr - 27 noyabr, saat 10:00-dan 22:00-dək. Giriş pulsuzdur.




09 Сентября - 03 Декабря
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.