Elan Sərgilər "Uzaq üfüqlər" adlı qrup sərgisi
"Uzaq üfüqlər" adlı qrup sərgisi

"Uzaq üfüqlər" sərgisi altı gənc rəssam Gülnarə Kuzukova, Qafar Rzayev, İslam Həsənəlizadə, Aytən Abdullayeva, Natəvan Həsənəlizadə və Sultan Babazadənin yaradıcılıq ideyalarını təqdim edir. Rəssamlar hər biri şəxsi müşahidə və tədqiqatlara əsaslanan əsərlər ərsəyə gətiriblər. İnsan haqları, cəmiyyət problemləri, müasir həyat tərzi, mənəviyyat və irs mövzularına toxunan rəssamların hər biri "uzaq üfüq" rolunda çıxış edərək, öz mövqeyini təqdim edirlər. 

Gülnarə Kuzukova öz instalyasiyasında İslam ölkələrində qadın haqları mövzusuna toxunur. Rəssamın bu mövzu ətrafında apardığı tədqiqatlara əsaslanaraq, qadının haqlarının hədsiz sıxıldığı və bəzi ölkələrdə hətta tapdalandığı qənaətinə gəlmişdir.

Heykəltəraş İslam Həsənəlizadə "cəmiyyətin hansı faktorlar altında eybəcərləşməsi" sualını araşdıraraq, əsas amil kimi insanlarda artıq xəstəlik formasını almış xarici görünüşlərini dəyişmək arzusu mövzusu üzərində dayanır. 

Natəvan Həsənəlizadə "Çar Midasın virusu" adlı instalyasiyası Qədim Yunan əsatirinə əsaslanaraq, cəmiyyətimizdə dəbdəbəli həyat tərzinin reklam olunmasını və müasir insanların cah-calala olan marağını irad tutur.

Aytən Abdullayeva öz instalyasiyasını həyatımızda xırda detalların nə qədər önəmli olmasını diqqətə çatdırır. Rəssamın qənaətinə görə, istənilən əşyanın bir elementi çatışmayanda, o artıq öz funksiyasını yerinə yetirmək gücündə olmur.

Qafar Rzayev "Bidət" adlı instalyasiyasında İslam dininin son zamanlarda müxtəlif təsirlərə məruz qalması mövzusunu maddi mədəniyyət prizmasından açıqlayır. Rəssamın "Azeri light" adlı instalyasiyası isə Azərbaycanın təbii sərvəti və mədəni irsi mövzusuna toxunur. 

Sultan Babazadənin "Özünə bax" instalyasiyası Bakı küçələrində bir neçə müddət ərzində hazırladığı layihənin məntiqi davamıdır. Layihə insanlara, problemlərinin həllini ilk növbədə özlərində axtarmağa səsləyir. 

Sərginin müddəti: 15 sentyabr – 1 Oktyabr 
Sərginin iş rejimi: Cümə axşamı – Bazar, 14:00 – 20:00 
Ətraflı məlumat üçün: www.yarat.az; (012) 505 1414




15 Сентября - 01 Октября 19:00
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.