Elan Sərgilər Sven Marquardtın sərgisi
Sven Marquardtın sərgisi

Sərgi, 24 fevral, Şənbə günü, Kapellhausda (28 May küçəsi, 35) başlayır və 6 Mart tarixinə qədər davam edir. Vernisaj 17:00-da başlayır və 19:00-da Sven Marquardtın müzakirəsi başlayır. (Alman dilində, Azərbaycan dilinə tərcümə ilə). Sərgi  hər gün  saat 14:00-dan 20:00 qədər davam edəcəkdir

Son on il ərzində Sven Marquardt Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi beynəlxalq zirvəyə yüksəldi. Marquardt analoq avadanlıqdan istifadə etdiyi öz ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir etmişdir. Foto lentin yuyulması, aşkarı və çapa veriləcək fotoşəkillərin secilməsi bir neçə gün tələb edir. Bu, işin nəticəsinin səbrsizliklə gözlənildiyi bir dövrdür.

Goethe-Zentrum Baku tərəfindən “Kapellhaus”-a gətirilən "Altar" audiovizual instalyasiya Svenin tanınmış texno-klub fiquru DJ və musiqi prodyuseri Marcel Dettmannla əməkdaşlığının nəticəsidir. Onun musiqisi Sven Marquardtın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərində Berlinin gecə atmosferini yaşadır.




25 Февраля - 07 Марта
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.