Elan Sərgilər Aida Mahmudovanın fərdi sərgisi
Aida Mahmudovanın fərdi sərgisi

Bu dəfə YARAT sizə öz təsisçisi, Azərbaycan rəssamı Aida Mahmudovanın və italyan rəssamı Mikelancelo Pistolettonun yeni və orijinal arxiv əsərlərindən ibarət fərdi sərgilər təqdim edir. Aida Mahmudova, sərgi məkanının üst mərtəbəsi boyunca büsbütün yeni yaradıcılıq konsepsiyasını ərsəyə gətirib. Öz yeni yaradıcılığında, rəssam "eksperiment üçün alət" qismində müxtəlif materialları araşdırır. Kağız, gil, sement, daş və ilk dəfə olaraq, məhz bu sərgi üçün mərmər kimi müxtəlif materialları qarışdırmaq, dağıtmaq, yenidən yaratmaq, müxtəlif laylar qurmaq və onları bir-birindən ayırmaq prosesi, rəssam üçün materialın "inkişafı", habelə "emosional müalicə" baxımından müəyyən mənada məşğələ rolunu oynayır.

Dağılan sütunları xatırladan heykəllər və monumental divar əsərlərinin yer aldığı ümumi instalyasiya, yarımdağılı və yarımtikili, digər sözlə, “keçid mərhələsində” olan məkan hissini oyadır və yaradıcılığın əhəmiyyətli mərhələsi kimi entropiyanın (xaotiklik dərəcəsi) vacibliyini vurğulayır. Bu proses, rəssam üçün “hər şey” deməkdir və rəssamın orijinal fakturalı əsərləri, onun şəxsi zaman-məkan kontinuumunda əlahiddə məqamları açıqlayan hər bir lay, yaddaş əlamətləri qismində çıxış edir.

Öz erkən peyzaj və yarımabstrakt əsərlərində Aida Mahmudova işıq, rəng və materiya ilə eksperimentlər aparmaqla, "özünü ifadə edən" materiallara qarşı müəyyən maraq oyatmağa müvəffəq olub. Rəssamın əsərlərində get-gedə daha çox qatlara rast gəlinir ki, bu da onun öz təcrübəsini üçölçülü sənət səviyyəsinə qədər genişləndirməsindən xəbər verir. Rəssam eyni yanaşmanı heykəltəraşlıq əsərlərinə də tətbiq etməklə, həm emosional, həm də dolğun mühitlər yaradır. Rəssamın dərin və intuitiv araşdırmaları, seçdiyi materiallar və üstünlük verdiyi prozaik kətanın fiziki xüsusiyyətləri ilə harmoniya təşkil etməklə, sevgi, itki, yaddaş və arzu kimi universal insan hisslərinin geniş spektri ətrafında cərəyan edir. Aida Mahmudovanın öz dili ilə desək, "son dərəcə zərif olan bu yaradıcılıq prosesi, insan əlləri ilə yaradılıb və bu baxımdan, fundamental prinsiplərimizdən müəyyən mənada uzaqlaşmanı ifadə edir". 

Sərginin kuratoru Suad Qarayeva-Malekidir

Rəssam haqqında:

Aida Mahmudova (d.1982, Bakı, Azərbaycan) Bakıda yaşayır və fəaliyyət göstərir. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Seçilmiş fərdi sərgiləri: "İşığı tuta bilmirəm" ("Can't Capture The Light", Deweer Gallery, Otegem, Belçika, 2017), "Ötüb keçərkən" ("Passing By...", Leila Heller Gallery, Nyu-York, ABŞ, 2015), "Daxili sakitlik" ("Internal Peace", Barbarian Art Gallery, Sürix, İsveçrə, 2013). Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində "Artwise"-nin kuratorluğu ilə "VITA VITALE" sərgisinin bir hissəsi kimi nümayiş etdirilib. 

Sərginin iş rejimi: Çərşənbə axşamı – bazar, 12:00 – 20:00
Giriş sərbəstdir

Aida Mahmudovanın fərdi sərgisi 
"Təsəvvür edilməyən perspektivlər" (Non-imagined Perspectives)
YARAT Müasir İncəsənət Mərkəzi
1 aprel – 10 iyun 




01 Апреля - 10 Июня
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.