Elan Sərgilər “Əvvəldən Sona” adlı qrup sərgisi
“Əvvəldən Sona” adlı qrup sərgisi

Əziz dostlar, sizi 18 may tarixində 19:00 da “Əvvəldən Sona” adlı qrup sərgisinə dəvət edirik. Sərgidə Orxan Qarayev, Bəhruz Kəngərli və İmran Mehdiyevin əsərləri nümayiş olunacaq. Sərgi "Gallery White City" baş tutacaq və 25 maya qədər davam edəcək. Giriş sərbəstdir. Həmcinin sizi 19 may 15:00 da rəssamlarla görüş və 20 may 15:00 tarixində master-klassa dəvət edirik.

Hər şeyin başlanğıcı və sonu var. Amma bu başlanğıc və son, ürəklərdə və ağıllarda iz qoyan, bizi güclü edən və bizi canlı hiss etməyə məcbur edən məğlubiyyət və qələbələrin olduğu yol qədər vacib deyil. Axı həyatımızda heç nə izsiz qalmır. Hər şeyin nəticəsi var, yaxşıda, pisdə. Başlanğıcın olduğu prosesin özündə sonun əsası qoyulub, doğuluş var, ölüm var. Canlı ölü və ya canlılardan ən canlısı olmaq seçimi... Bu bizi dəfələrlə düşünməyə məcbur edib ki, bütün bunlar nə üçündür və həyat bizə nə üçün verilib? Ruhunla, qəlbinlə və düşüncənlə yaşamağı bacarmaq - bizim üçün yaradıcılıq bax budur.
Hamının, sonun olduğunu iddia etdiyi yerdə, başlanğıcı görə bilmək, gözəlliyin bəlkə də ümumiyyətlə olmadığı yerdə onu görmək və yaratmaq - yaradıcı təfəkkür elə budur. 
Qərar qəbul etmək və bu qərarlara inanmaq, onlara əməl etmək, məqsəd güdmək və daha dərindən araşdırmaqla suallara cavab tapmaq - güclülərin taleyidir. 
Həmişə rəssamlar, müəlliflər, ifaçılar, plagiat və orijinallıq olub. Amma orijinallığı təlqin etmək lazım deyil. Bu, mümkün deyil. Onu yaratmaq və yeritmək lazımdır. 
Bizim sərginin mövzusu əvvəldən sona və ya əksinədir. Axı, başlanğıc sonun müjdəçisidir, son isə yalnız başlanğıcdır və bu mövzunu qaldırmaqla biz belə bir suala cavab tapmaq istərdik: "Biz hara gedirik - məntiqi sona gedirik, yoxsa yolun başlanğıcındayıq və öz yeganə və sonuncu yolumuzla gedərək və yaxud yüzlərlə dəfə keçilmiş yolla gedərək yeni nəsə əldə edirik? Həqiqətən də, heç kim bilmir ki, bizim sivilizasiyanın neçə yaşı var və gəlib çıxdığımız (təkamül edərək) hər şey bəlkə də bizə qədər artıq olub. Nağıllar, ənənələr, mifologiya, tarix, din, kosmosun tədqiqi - bütün bunlar uydurmadırmı? Bizə hər şeyi göstəriblərmi, yoxsa yalnız azca pərdəni qaldırıblar? Burda yalnız təkcə bizikmi?
 




18 Мая - 25 Мая 19:00
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.