Elan Sərgilər “Ənənələrin izi ilə” adlı sərgisi
“Ənənələrin izi ilə” adlı sərgisi

Mayın 4-də Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may – Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərginin açılış mərasimi olacaq. Tədbirdə bir sıra dövlət və hökumət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri, xalçaçı rəssam və ekspertlər, ali məktəblərin müəllim-tələbə heyəti və bu sahədə çalışan mütəxəssislər iştirak edəcəklər.
Sərgidə Azərbaycan Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar – xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunacaq.
Ənənəvi texnologiya şöbəsi muzeydə 2013-cü ildən fəaliyyət göstərir. Şöbədə muzeyin ekspozisiyasındakı xalçaların ikinci nüsxəsi və eynilə kiçik ölçüdə xalçaların eskizləri rəssamlar tərəfindən çəkilir və toxucular tərəfindən toxunulur. Bu xalçaları toxucular muzeyin ekspozsiyasında yerləşən dəzgahlarda toxuyaraq muzeyə gələn qonaqlara xalça toxuma prossesini əyani surətdə nümayiş etdirirlər. Ənənəvi texnologiya şöbəsində itirilmiş ənənələri bərpa etmək məqsədilə bütün xovsuz xalça texnologiyaları yaşadılır. Bu məqsədlə şöbənin işçiləri tərəfindən 2017-ci il fevral ayinin 17-dən etibarən “Ailə günü” çərçivəsində xovsuz xalça nümunəsi olan çətən üzrə ustad dərsləri keçirilir. Ənənəvi texnologiya şöbəsi 2017-ci il ərzində xovsuz xalça texnologiyaları olan zili, vərni, şəddə, sumax, palaz, çiyi palaz, kilim, cecim, ladı, qədirqə üzrə ustad dərləri keçirib.
Ölkəmizdə toxuculuğun inkişafı haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanıb. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamlar bu sahənin dövlətimiz tərəfindən diqqətdə saxlanmasının və xalqımıza məxsus bu qədim xalq sənətinin bu gün də yaşadılaraq gələcək nəsillərə çatdırılmasında göstərilən qayğının bariz nümunəsidir.
Azərbaycanda xalçaçılıq sənəti qədim tarixə malikdir. Azərbaycan xalçası beynəlxalq miqyasda dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Məhz dövlətin qayğısı nəticəsində, həmçinin Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və bu istiqamətdə göstərdiyi səyləri nəticəsində 2010-cu ilin 10 noyabr tarixində Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.




04 Мая - 12 Мая
Sərgilər




Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər