Elan Sərgilər “Moda məkanı” adlı sərgisi
“Moda məkanı” adlı sərgisi

İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında “Moda məkanı” adlı sərginin açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Açılış mərasimində Aleksandr Vasilyev Fondunun prezidenti, kolleksiyaçı, moda tarixçisi, sənətşünas Aleksandr Vasilyev təbiət və dəbin vəhdətini əks etdirən sərginin konsepsiyası haqqında danışıb. Heydər Əliyev Mərkəzində ikinci sərgisinin açılış mərasimində bu qədər böyük sayda ziyarətçini görməkdən çox şad olduğunu deyən Aleksandr Vasilyev qeyd edib ki, budəfəki sərginin mövzusu Azərbaycana yaxındır. Bu, Azərbaycanın əsrarəngiz təbiəti ilə əlaqədardır. “Sizin ölkəniz dənizin yaxınlığında yerləşir. Burada gözəl dağlar, meşələr var”, - deyən kolleksiyaçı Azərbaycanın zəngin flora və faunaya malik olduğunu vurğulayıb. Dizaynerlərin təbiətə həmişə valeh olduqlarını diqqətə çatdıran Aleksandr Vasilyev təbiətin əsrlər boyu ilham mənbəyi olduğunu bildirib. “Bizim sərgimiz də modanın XVIII-XXI əsrlərdə ətrafımızda olan gözəlliyi necə əks etdirdiyindən söhbət açacaq”, - deyə Aleksandr Vasilyev qeyd edib. Diqqətə çatdırıb ki, çiçəklərin rəngi, çəmənliyin rəng çalarları, dağlarda, savannalarda, cəngəlliklərdə və ya səhralarda yaşayan canlılar, dənizdəki balıqlar, xərçənglər, mirvarilər, mərcanlar, meduzalar, dəniz atları – bütün bunlar rəssamların yaradıcılığında əksini tapır. Eləcə də kəpənəklərin, böcəklərin, çəyirtkələrin özünəməxsus görünüşündəki incəlik istənilən dizaynerin hazırladığı paltardan üstündür.

Aleksandr Vasilyev Fondunun prezidenti çıxışında təbiətin ilahi qanunu olduğunu vurğulayıb. Bildirib ki, təbiətdə zövqsüz heç nə yoxdur. İstər bitki, istər heyvanlar aləminin hər bir növü özlüyündə gözəldir. Tanrı onları lazımi cizgilər və atributlarla yaradıb ki, bütün bunlar bugünkü sərgidə öz əksini tapıb. Diqqətə çatdırıb ki, ətraf mühiti qorumaq məqsədilə Fondda olan xəzlər sərgidə bilərəkdən təqdim edilməyib, onların yalnız imitasiyası verilib. “Bu baxımdan mənim zürafə görkəmində olan pencəyimi dizayner, bu sərginin kuratoru Kiril Qasilin hazırlayıb”, - deyə Aleksandr Vasilyev bildirib.

 

Sərginin yaradılma tarixindən söhbət açan kolleksiyaçı deyib: “Bu sərgi üç il əvvəl yaradılıb. Riqada – Latviya Milli Dekorativ Sənət Muzeyində, sonra Vilnüsdə – Litvanın Milli Dekorativ Sənət Muzeyində nümayiş etdirilib. Lakin Bakı üçün biz yenilik etdik: Qədim paltarlar bərpa edildi”. Bu sərginin Bakıda yaşayan, eləcə də bu şəhərə gələn, modanı sevən qadınlara, kişilərə və uşaqlara əsl hədiyyə olduğunu deyən Aleksandr Vasilyev hər kəsin zövq alacağına əminliyini bildirib.

“Moda məkanı” sərgisində XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksesuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunur.

Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim edilir.

Sərgi zalının dekorasiyası da mövzuya uyğun olaraq təbiət elementləri ilə zəngindir. Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunur.

Sərgi dekabrın 2-dək davam edəcək. Xatırladaq ki, bu, Aleksey Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda" sərgisində 1960-cı illərə aid geyim və aksesuarlar nümayiş olunmuşdu




04 Июня - 02 Декабря
Sərgilər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.