Elan Konsertlər Musiqi Bayramı
Musiqi Bayramı

21 iyun 2018-ci il tarixində Musiqi Bayramı Bakının küçələrini yenidən canlandıracaq! Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir. Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və digər ictimaiyyətə açıq yerlərdə qeyd edilir. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq.

Tədbir Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, Street Food Festival və Maks Events-lə birgə təşkil olunub.

Festivalın proqramı tezliklə elan ediləcək.




Konsertlər




Baki Jazz Festi̇valin on beş i̇lli̇k i̇ldönümü üçgünlük televi̇zi̇ya şousu i̇lə qeyd edi̇ləcək

Kendi Dalfer, Şahin Növrəsli, İsfar Sarabski və onların jazz dostları bu il Bakı jazz festivalı 2020-ni AzTv məkanından təqdim edəcəklər.

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu