Elan Rok Baku Rock Fest 2018
Baku Rock Fest 2018

Bütün rok musiqisi sevənləri, Bakıda keçirilən böyük rok bayramına dəvət edirik! Oktyabrın 27-si və 28-i iki günlük böyük rok konsert baş tutacaq!

Birinci gün Tribute To Rock vol.6 olacaq, hansında ki, siz Metallica, AC/DC, Rammstein, Linkin Park kimi qrupların və bir çox digər qrupların dünya üzrə məşhur rok xitlərinin kaver versiyalarını Azərbaycan rok qruplarının ifasında eşidəcəksiz.

İkinci gün Azərbaycan rok qrupları öz müəllif mahnıları ilə çıxış edəcəklər. Hazırda qeyd olunan bu qruplar öz iştirakını təsdiq ediblər: Sirr, Sadnos, Milan, Altun Zeynalov. İştirakçıların sayı artırılacaq.

Konsert "Drunk" klubunda keçiriləcək. İki günlük konsert üçün biletin qiyməti 15 AZN təşkil edir. Ayrıca, hər gün üçün bilet nəzərdə tutulmayıb. Biletləri şəhərin mərkəzi kassalarından, Mall-lardan və onlayn iticket.az saytından əldə etmək olar.

Bilet satışı: https://iticket.az/events/concerts/baku-rock-fest-2018/4305

Əlavə məlumat almaq və masa sifariş etmək üçün bu nömrə ilə əaqə saxlayın (və ya Whats app-dan mesaj yazın): (050) 340 70 84

Facebook event:
https://www.facebook.com/events/172241963624270/

Əvvəlki konsertlərdən görüntülər:




Rok
Bilet: 15 AZN




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.