Elan Uşaqlar üçün YARAT Freestyle: "Buratino" tamaşası
YARAT Freestyle: "Buratino" tamaşası

Fevralın 28-i YARAT səhnəsində Uşaq musiqi teatrı "Buratino" tamaşasını təqdim edəcək. Demək olar ki, 40 il əvvəl onun bədii rəhbəri professor Tərlan Seyidov tərəfindən yaradılan Uşaq Musiqi Teatrı öz ənənələrinə sadiq qalaraq, böyüyür və inkişaf edir.
Uşaq musiqi teatrının repertuarında keçən illər ərzində bir çox rəngarəng premyeralar toplanmışdır. Bu, həm məşhur "Bremen musiqiçiləri", həm ciddi mini-opera adlandırıla biləcək "İsgəndər və çoban", həm tarixi-musiqili bir səyahət olan "Mən səni sevirəm, Xəzər!", həm də ən müasir musiqili revyu – "Ulduzlar enəndə" tamaşalarıdır. 

Bu dəfə teatr kollektivi klassikaya, Aleksey Tolstoyun ölməz və sevimli "Buratino"suna və bəstəkar Aleksey Rıbnikovun gözəl musiqisinə müraciət etmişlər. Əvvəlki tamaşalardan fərqli olaraq, burada uşaqlar nəinki rəqs edir və oxuyur, həm də özlərini "maskalar komediyası" janrında sınadılar. Tamaşada məktəb-studiyanın kiçik, orta və yuxarı siniflərindən 22 şagird iştirak edir. Tamaşa kifayət qədər ciddi musiqi materialını sərgiləyir. 

Quruluşçu rejissor: Elvin Mirzəyev

28 fevral, 19:00
Giriş sərbəstdir 




Uşaqlar üçün




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.