Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizov Heydər Əliyev Mərkəzində çıxış edəcəklər Mayın 11-də opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim ediləcək.
Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Xalq artist Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Yaratdığı obrazlar, cəsarətli və dramatik repertuarı ilə opera sənəti tarixində mühüm yer tutur. Anna Netrebko 2007-ci ildə ABŞ-ın məşhur “Time'' jurnalının dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısına daxil olub. Rusiya Federasiyasının Xalq artisti və Dövlət mükafatı laureatı olan Netrebko müxtəlif ölkələrdə bir çox mükafatlarla, o cümlədən Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilib. Diskoqrafiyasına operalar, konsert proqramları, bestsellerə çevrilmiş solo musiqi albomları və həyat yoldaşı Yusif Eyvazovla duetləri daxildir.
Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. 2010-cu ildə Rusiya Dövlət Akademik Böyük Teatrında Kavaradossi (“Toska”, C. Puççini) obrazı ilə debütü onun beynəlxalq karyerasının başlanğıcı olub. Bundan sonra La Skala, Metropoliten-opera, Vyana, Paris operaları və digər nüfuzlu teatrlardan dəvət alıb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.
Elçin Əzizov (bariton) Azərbaycanın Xalq artistidir. “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olub. 2005-ci ildə Avstriyada “Motsareum” Universitetinin Yay akademiyasında təhsil alıb, daha sonra Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir. Dünyanın böyük opera və konsert salonlarında çıxış edir. 2017-ci ildə Anna Netrebko və Yusif Eyvazovla birlikdə opera ulduzlarının “Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində 6 ölkənin 8 şəhərində konsertlər verilib.
Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiymətləri 40, 50, 60, 80, 100, 120, 150, 200, 250, 300, 500 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.




Konsertlər




AFFA Yüksək Qızlar Liqasında "Baku Juniors" səfərdə Ağcabədinin "Aran" komandasına 52 - 0 hesabı ilə qalib gəlib.

Tripsome şirkətinin sponsorluq etdiyi "Baku Juniors" klubu bu il Yüksək Qızlar Liqasında çempionluq üçün oynayan klublardan biridir. 

Tripsome İlk Vençur İnvestisiyasını “Caucasus Ventures” - dan Cəlb Etdi

Turizm və səyahət sənayesində əyləncə, idman, incəsənət, mədəniyyət və istirahət xidmətləri üçün aparıcı onlayn bilet satışı və bron sistemi olan Tripsome, 300.000 ABŞ dolları dəyərində investisiya raundunu “Caucasus Ventures” vençur fondunun aparıcılığı ilə açıq elan edir.

UFAZ tələbələri Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzininin təşkil etdiyi uçuşlarda iştirak ediblər. 

Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çaharkamə, Araz Şəfiyev və Emin Xəlifəyev Act In Space Beynəlxalq kosmik hakatonun qalibləri kimi bu uçuşa vəsiqə qazanmışdılar. 

2023 ilin ən yaxşı İncəsənət Qalereyaları

Bu top 7 incəsənət qalereyası sizin bədii səyahətinizdə qalıcı təəssürat yaradacaq heyranedici sənət əsərləri təklif edir.

Bakı Piano Festivalında ispan ustaları Max Villaveccia & Los Aurora rəqsləri ilə hərarətli axşam

Küləkli Bakı axşamında rəqs, ispan ehtirası, emosiyaların intensivliyi və heyrətamiz ritm hissi - bu, Max Villaveccia & Los Aurora-nın konsertidir. Tamaşaçılar ən çox rəqqasə Miranda Alfonso və onun ifa olunan motivlərin rəqsindəki filiqran vizual təcəssümünə heyran olub.